Arxiv
Unutdurulan müharibə…
İbrahim Quliyev Unutdurulan müharibə… və “Çanaqqalada yüksələnlər” bizi bir daha özümüzə diqqətlə baxmağa vadar edir. Hansısa bir kitabda oxumuşam ki, dünyanın 5 min illik tarixinin 3 min ili müharibələrdə keçib. Hətta tarixdə yüzillik müharibələr də olub. Uzun illər sovet tarixçiləri bütün müharibələri ədalətli və ədalətsiz deyə iki qismə bölüb, nəticənin yalnız hərbi qüdrətdən, texnikanın gücündən […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı xalqı təbrik etdi
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı milli bayram – müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər! Sizləri Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Düz 95 il bundan əvvəl, Zaqafqaziya Demokratik Federativ Respublikasından erməni separatizminə və qonşularına qarşı ərazi iddialarına görə çıxmağa […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı: “Mən gənclərin o cür həbsini qəbul etmirəm”
Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olmuş şair Sabir Rüstəmxanlı Azadlıq Radiosunun “Pen klub” proqramının qonağıdır. – Sabir bəy, bu günlərdə Azərbaycanda müstəqil düşüncəsinə görə bəzi tanınmış ziyalılarla “bizim olmayan adamlar“ kimi davranılmasına etiraz olaraq mətbuatda məqalə ilə çıxış etdiniz. Bu məqaləni yazmağa sizi nə vadar etdi? – Düzü, bu məqalə bir ilə yaxındır yazılıb. O […]
Ətraflı oxu
Nəhəng fikir və əməl adamı: ƏHMƏD BƏY AĞAOĞLU
Nəsib NƏSİBLİ, tarix elmləri doktoru, professor Hələ də haqqı tanınmamış, böyük irsinə hələ də əlimiz yetməyən nəhəng fikir və əməl adamlarımızdan biri də Əhməd bəy Ağaoğludur. O, milli siyasi və fikir həyatımızda adı şükranla çəkilməli 3-5 adamdan biridir. Sovet dövründə onun haqqında yazılmamış deyil. Amma daim mənfi çalarda. Kaş ki, yazılmayaydı, şüurları zəhərləməyəydilər. Heç olmasa […]
Ətraflı oxu
Müxalifət Amerika səfirliyinə toplaşır
Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstar yaxın saatlarda müxalifət partiyalarının liderləri ilə görüşəcək. “Qafqazinfo” ya daxil olan məlumata görə, səfir müxalifət partiyalarının nümayəndələri ilə ölkədəki seçkiqabağı vəziyyəti, seçki prosesinə hazırlığı , seçkidə iştirak məsələləri ətrafında müzakirə aparacaq. Qeyd edək ki, görüş barədə ictimaiyyətə məlumat verilmir. Görüşdə Ümid, VHP, AXCP, Müsavat Partiyalarının rəhbərləri iştirak edəcək.
Ətraflı oxu
Ictimai Palatada durğunluq höküm sürür.
Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası məsələsi siyasi gündəmi artıq xeyli vaxtdır zəbt edib. Müxalifət düşərgəsindəki qurumların əksəriyyəti Milli Şuranın yaranıb-yaranmayacağına kökləniblər. Mövcud olan qurumlar sanki fəaliyyətlərini dayandırıb Milli Şuranın yaranacağını gözləyirlər. Hətta belə iddialar da var ki, Milli Şura məsələsi müxalifətin ən böyük birliyi olan İctimai Palatanın fəaliyyətinə mənfi təsir […]
Ətraflı oxu
Dövlətçilik əxlaqı və ya “bizim olmayan” adamlar
Sabir RÜSTƏMXANLIVHP sədri, Xalq şairi Söz var deməsən, ürəyini deşir. Düzdür, deməmək can rahatlığıdır; ağzını açan kimi yüz qulp qoyacaqlar, çünki sözü söz tərəzisiylə ölçən azdır, hərə mənsub olduğu dairənin və ya öz mədəni səviyyəsinin gözüylə baxır sözə: yumşaqdırsa, niyə yumşaqdır, sərtdirsə, niyə sərtdir və s… Ancaq mən sözü öz vicdan ölçülərimlə dəyərləndirməyə və gizlətməməyə […]
Ətraflı oxu
Bu gün Sabir Rüstəmxanlının doğum günüdür.
VHP Ali Məclisi partiyanın sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlını ad günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Əzizimiz Sabir bəy! Sizin haqqınızda söz demək, şəxsiyyətinizi bir neçə cümləlik təbrikdə ifadə etmək olduqca çətin və məsuliyyətlidir. Çünki hələ gənc yaşlarından milli kimlik davası, ana dili savaşı aparan, yaradıcı ömrünü millətinin varlığının ifadəsi və iradəsi […]
Ətraflı oxu
Bu gün “Atatürkü Anma, Gənclik və İdman” bayramıdır
19 may 1919-cu il Türkiyədə Milli istiqlal savavaşının başıadığı tarixdir. I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il 16 may tarixdə Mustafa Kamal paşa 36-cı Osmanlı padşahı IV Mehmet Vahdeddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burda […]
Ətraflı oxu
Sabir Rüstəmxanlının ürəyini deşən söz nədir? (VİDEO)
Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olmuş şair Sabir Rüstəmxanlı bu gün saat 19 00-da Azadlıq Radiosunun “Pen klub” proqramının qonağı oldu. Bu günlərdə şair Azərbaycanda müstəqil düşüncəsinə görə, bəzi tanınmış ziyalılarla “bizim olmayan adamlar“ kimi davranmasına etiraz olaraq mətbuatda məqalə ilə çıxış edib. Canlı efirdə S.Rüstəmxanlı öz fikirlərini daha detallı anlatdı.
Ətraflı oxu