Açıqlama
Partiyalar seçkilərə qatılacaqmı? (“Şərq” qəzeti)
Samir Əsədli: “Vaxtı çatanda partiya rəsmi mövqeyini açıqlayacaq” 2018-ci il oktyabrın 17-sində Prezident postuna səkkizinci seçki keçiriləcək. Adətən seçki qurtarandan qısa müddət sonra növbəti marafonlara hazırlıq işləri görülür. Yəni bütün siyasi partiyalar hədəflərini seçir, namizədini müəyyənləşdirir, seçkidə hansı yolu izləyəcəyini dəqiqləşdirməyə çalışır. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Bizdə seçkiyə 4-5 ay qalana kimi əksər […]
Ətraflı oxu
Müxalifət 2018-ci ilin prezident seçkilərinə hazırlaşırmı…
Siyasi partiyalar prezident seçkilərinə hazırlıqlara start verməsə də, məsələni diqqət mərkəzində saxlayır; vahid namizəd mümkünmü?.. 2018-ci il oktyabrın 17-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu, Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan 8-ci rəsmi ümumilli seçki olacaq. Bəs digər müxalifət partiyaları seçkilərə necə hazırlaşırlar? Onların namizədləri bəllidirmi? Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının sədri Samir Əsədli […]
Ətraflı oxu
Türk şirkətinin Bakıya xəyanətinə – Reaksiya
“Pegasus”un bu addımı Bakı üçün xoşagələn hal deyil və biz bunu irad olaraq Türkiyənin diqqətinə çatdırmalıyıq. Bu sözləri Axar.az-a Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus”un İstanbuldan İrəvana uçuş həyata keçirmək qərarına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili “Pegasus”un bu addımını indiki şəraitdəAzərbaycan üçün məqbul saymadığını qeyd edib: “Görünür, Türkiyədə yaşayan ermənilərin maraqları əsas […]
Ətraflı oxu
VHP qərargahını dəyişir
REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qərargahını dəyişir. Bu barədə “Report”a VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib. O bildirib ki, qərargah təmir ediləcək: “Partiyanın qərargahının altına su yığılıb, bu da binanın divarlarının nəmlənməsinə və uçulub tökülməsinə gətirib çıxarıb. Eyni zamanda, binanın damı da yağış yağarkən damır. Ona görə də qərargah yenidən təmir ediləcək, həmçinin […]
Ətraflı oxu
Əsil düşmənçilik mövcud xəstəliyi aşkar edib sağaltmaq əvəzinə, onu gizlədib, xroniki vəziyyətə gətirib, ölkə üçün təhlükə yaradanlardır.
“Bu şərəfsiz təhqirlərinizlə məni də radikal yola çəkmək istəyirsiniz? Keçməz, balası! Mənim konstruktivliyim şəxsi marağa yox, milli marağa xidmət edir. Sənin kimiləri ortabab həyat sürən ziyalıların, siyasətçilərin üstünə qışqırdanlar bu yolla özlərinin və böyür-başındakıların cinayətlərini pərdələməyə çalışanlardır. Ancaq bu yolla ünvan azdırmaq olmaz!” Bu fikirləri xalq şairi, VHP-nin sədri Sabir Rüstəmxanlı, mətbuatda ona qarşı aparılan […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı: “Biz İranın havası ilə oynamalı deyilik”
İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri gözlənilir. Ötən həftə İsrailin baş naziri Benjamin Netanyahunun Bakıya gəlişindən sonra bu səfərin tezləşdiriləcəyi barədə məlumatlar yayılmaqdadır. Çünki İran tərəfi Netanyahunun Bakıya səfərinə absurd iddialarla etiraz bildirir. Baş nazirin gəlişindən əvvəl və sonra da İranın bir sıra siyasiləri və din xadimləri Azərbaycan əleyhinə etiraz notalar, açıqlamalar verməkdədir. Məsələn, İranın […]
Ətraflı oxu
Gürcüstandakı seçkilər və Azərbaycan hakimiyyəti
Samir Əsədli Gürcüstanda keçirilmiş parlament seçkilərinin ikinci turunda mübarizə aparan şanslı soydaşımızın gözlənilməz məğlubiyyəti səsvermənin nəticələrini şübhə altına aldı. Gürcüstan azərbaycanlılarının yığcam yaşadığı Marneuli rayonundakı birmandatlı seçki dairəsində keçirilən təkrar seçkidə soydaşımız, müxalifətçi Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin deputat seçilməsi proqnozlaşdırılsa da, nəticələr hakim Gürcü Arzusu Partiyasından irəli sürülmüş namizəd Tamaz Naverianin “xeyrinə” oldu. Əhməd İmamquliyev seçkilərin birinci […]
Ətraflı oxu
Sabir Rüstəmxanlı: ‘Həmin gün parlament əhatəyə alınmışdı…’
Səs verildi. Bir anlıq sükut çökdü. Sonra ağlayan kim, qucaqlaşan kim. Bizim bir şəklimiz var, ayağa qalxmışıq, başımızın üstündə yumruqlarımız düyünlənib... Hamı qışqırırdı: “Qəbul edildi!”. Uşaq kim
Ətraflı oxu
Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd edilib – REPORTAJ, FOTOLAR, VİDEO
Mayın 25-də xalq şairi, sabiq deputat, VHP-nin sədri Sabir Rüstəmxanlının 70 illik yubileyi təntənəli şəkildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrında qeyd olundu. Yubiley tədbiri Mədəniyyət və
Ətraflı oxu
Rafiq Manaflı sərbəst burxılıb
Bugün Xocalı faciəsi qurbanlarının anım yürüşündə iştirakdan sonra partiyada VHP Bakı və Abşeron rayon təşkilatları sədrləri ilə keçirilən görüş əsnasında Ali Məclisin sədri Rafiq Manaflıya DİN-in Baş Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən zəng gəldi və onu idarəyə dəvət etdilər. İclas bitdikdən sonra Rafiq Manafli çağrışa əsasən saat 17:00-da adı çəkilən idarəyə getdi. Son məlumatımıza əsasən, Manaflı […]
Ətraflı oxu