Bərdə Rayon Təşkilatı

RovshenBerde

Rövşən Cabbarov

Bərdə Rayon Təşkilatı sədri

Cabbarov Rövşən Qafar oğlu 1957-ci il avqust ayının 24-də, Bərdə rayonu Şirvanlı kəndində, kolxozçu ailəsində anadan olub.
1974-cü ildə Bərdə rayonu Şirvanlı kənd tam orta məktəbini bitirib.
1983-cü ildə S.Ağamalı oğlu adına Gəncə Kənd Təsərrüfatı İnsitutunun Aqronomluq fakültəsini bitirib.
1974-cü ildən 1976-cı ilə kimi Rusiyanın İjevsk şəhərində hərbi xidmətdə olub.
1976-cı ildən 1980-ci ilə kimi Bərdə rayonu Şirvanlı kolxozunda komsomol təşkilatının katibi işləyib.
1981-ci ildən 1983-cü ilə kimi Şirvanlı kolxozunda təsərrüfat briqadiri işləyib.
1983-cü ildən Şirvanlı kolxozunda sahə aqronomu, 1986-cı ildən 1999-cu ilə kimi həmin kolxozda baş aqronom vəzifəsində işləyib.
2019-cu ilin yanvar ayından 2020-ci ilin fevral ayına qədər ”P- Aqro” MMC Bərdə filialında rəhbər vəzifəsində işləyib.
Hal-hazırda “P-Aqro” MMC Bərdə filialında Baş Aqronom vəzifəsində işləyir.
1997-ci ildən VHP-nin üzvüdür. 2000-ci ildən VHP Ağdam rayon təşkilatının sədridir.
Ailəlidir, iki övladı var.

Vətəndaş Həmrəyliyi Partiyasının Bərdə rayon təşkilatı 1992-ci ildə təsis edilib. Rayon bələdiyyələrinə keçirilən seçkilərdə öz namizədləri ilə iştirak edib. Son seçkilərdə VHP üzvü Murad Hüseynov Bərdə şəhər bələdiyyəsinə üzv seçilib. Bələdiyyənin Ekologiya komissiyasının sədridir.
Rayon təşkilatının 500 nəfərdən çox üzvü var. Rayonun 20 kəndində 26 özək təşkilatı fəaliyyət göstərir.
VHP Bərdə rayon təşkilatına Rövşən Cabbarov rəhbərlik edir.

Ünvan:
Bərdə ray., Şirvanlı kəndi

Tel:
070 752 84 80; 0110 21 4 20

Back to top button
Close