Nicatımız: Vətəndaş Həmrəyliyindədir!

Bayrağımızın rəngləri Qətərin məşhur binasında – FOTO

12:45 Gündəm
Bayrağımızın rəngləri Qətərin məşhur binasında – FOTO
Qətərin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərdən biri olan “Şeraton” otelinin binası üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunub.
BakuPost.az xəbər verir ki, sözügedən görüntü 28 May – Respublika günü münasibəti ilə yaradılıb.

Bu hadisə Qətərdəki soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb və şəhərin yerli, əcnəbi sakinlərinin marağına səbəb olub.
Qeyd edək ki, bu binada indiyə qədər 2 dövlətin bayrağı işıqlandırılıb.