vhpadmin
VHP 20 YAŞINI QEYD ETDİ (FOTOLAR)
Sentyabrın 30-da Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisin toplantısından sonra Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında partiyanın yaranmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Yubiley mərasiminə ölkənin aparıcı siyasi partiyalarının rəhbərliyi, ziyalılar, millət vəkilləri, diplomatik korpus nümayəndələri və jurnalistlər dəvət olunmuşdular. Musavat.com/Yubiley tədbirini çıxış sözü ilə açan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın keçdiyi […]
Ətraflı oxu
VHP-nin İstiqlal təbriki!
Dövlət müstəqilliyimizin bərpasının 21 illiyi münasibəti ilə VHP sədri, millət vəkili, İstiqlalçı deputat Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: «Əziz soydaşlarım! Hər birinizi 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.1991-ci ilin 18 oktyabr günü xalqımızın həyatında olduqca əhəmiyyətli rol oynayır. Məhz həmin gün Milli Azadlıq Hərəkatı özünün […]
Ətraflı oxu
Aslan Quliyev – 55
VHP Yardımlı rayon təşkilatının sədri, müasir Azərbaycan nəsrinin istedadlı nümayəndəsi, tanınmış yazıçı Aslan Quliyevin 55 yaşı tamam olur. Əslində, yazıçı üçün yaş anlamı yoxdur, sadəcə yaşayan ədəbiyyat və ölən ədəbiyyat var. Yazıçının taleyi də öz yaratdıqlarından asılıdır. Aslan “Bahar küləkləri”, “Serjant mülki geyimində”, “Yolun sonu”, “Onlar məni öldürdülər”, “Yazıçının savaşı”, “Keçmiş döyüşçü və oğlan”, “Payız”, […]
Ətraflı oxu
Faiq Əliyev-50
Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından olan əqidəli siyasətçi, partiya ideologiyasının yorulmaz təbliğatçısı, MNTK üzvü Faiq Əliyevin 50 yaşı tamam oldu. Bu münasibətlə partiya üzvləri ona təbrik məktubu imzalamışlar. Həmin məktubda deyilir: “Əzizimiz Faiq, siz ilk gənclik çağlarınızdan Azərbaycanın azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda mübarizəyə qoşulmusunuz. Yaşın ən gözəl çağlarını meydanlarda keçirmisiniz. Məlum olduğu kimi, bizim […]
Ətraflı oxu
Sabir Rüstəmxanlının yeni kitabı çıxıb
Şair Sabir Rüstəmxanlının “Əbədi sevda” adlı şeirlər kitabı çapdan çıxıb. “Təhsil” nəşriyyatının buraxdığı kitabda toplanan şeirlər “İçimdəki dərd ağacı”, “Yurdun bayrağı”, “Mən demədim”, “Tanrıyla görüş”, “Sevgimə toxunma”, “Dostların qəlbimdə ucalan yeri”, “Təklik”, “Qoşmalar, gəraylılar” və sair bölmələrə ayrılıb. Sabir Rüstəmxanlının sözlərinə yazılmış mahnı mətnləri də “Mahnılar” adlı ayrıca bölmədə verilib. Kitaba həmçinin şairin “Orxonla görüş” […]
Ətraflı oxu
Türkiyənin Azərbaycandakı səfirliyinə!
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alpər Coşquna Hörmətli cənab səfir! Sizi Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir, bizi eyni dil, din, soykök və tarix birləşdirir. Bu baxımdan Sizin özünüzü evinizdə, ölkənizdəki kimi hiss […]
Ətraflı oxu
VHP-20
Nazlı AğayevaVHP Qəbələ RT sədri 2003-cü ilin prezident seçkilərinin imza yığımına start verilən gün, MSK-nın formalaşdığı axırıncı saatlarda Qəbələnin hərəkatdan qalan amma hərəkətdən qala bilməyən bizlər Qəbələ dairəsindən aralı düşdüyümüzü anladıq. Seçkiyə gedən müxalifət partiyalar bizi bitərəf olaraq komissiya üzvü kimi MSK-ya təqdim etməmişdilər. Hansı ki, iqtidarın bənzərsiz seçki fırıldaqlarına çüzi də olsa əngəl törətmək […]
Ətraflı oxu
“Həyatımı “Əlifba” kitabı dəyişib” – YENİ LAHİYƏ – FOTOLAR
Sabir Rüstəmxanlı: “Bütün kitablar müqəddəsdir” Hər birimizin həyatını dəyişən, dünyagörüşümüzü formalaşdıran kitablar var. “Əlifba” kitabından tutmuş, müqəddəs kitablara qədər, dedektivdən fantastikaya qədər müxtəlif təyinatlı və müxtəlif janrlı kitablar zaman-zaman həyatımıza yön verir, bizi tərbiyələndirir. Həyatda rastlaşdığımız hadisələrlə yanaşı, rastlaşdığımız, oxuduğumuz kitablar da bizi dəyişir, formalaşdırır. “Həyatımızın kitabları” layihəsinin bugünkü qonağı tanınmış qələm adamı, millət vəkili, […]
Ətraflı oxu
VHP gəncləri Zaur Qurbanlının həbsinə etiraz edir
Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatı “NİDA” Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü, gənc fəal Zaur Qurbanlının həbsini pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, heç bir ittiham irəli sürmədən Z.Qurbanlının həbs olunması və bu həbsin 2 gün müddətində ictimaiyyətdən gizlədilməsi əslində hakimiyyətin mahiyyətini bir daha ortaya çıxarır: “Z.Qurbanlının həbsindən 2 gün sonra məlum oldu ki, gənc fəal […]
Ətraflı oxu
Vətəndaş Həmrəyliyi Partiyasının Bəyanatı
Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası 5 oktyabr 2012-ci il tarixdə Təhsil Nazirliyinin qarşısında bir qrup dindarın keçirdiyi aksiya ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilir: “5 oktyabr 2012-ci il tarixində Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyada yaşanan qarşılıqlı zorakılıq faktlarını dərin təəssüf hissi ilə qarşıladıq. Hər bir vətəndaşın, Konstitusiyanın ona verdiyi hüquqdan […]
Ətraflı oxu