Tanıtım
Məmmədəliyev Asəf Akif oğlu –28 yanvar 1975-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini 1981-1991-ci illərdə M.Ş.Vazeh adına 16 saylı orta məktəbdə alib. Əmək fəaliyyətinə 1991-ci ildə “Gəncə Regional Qaz Kəmər tikinti” idarəsində fəhlə və usta kimi başlayıb. 1994-1995-ci illərdə “Gəncə Tara İstehsalat” LTD müəssisəsində briqadir və sex rəisi işləyib. Təhsilini artırmaq məqsədilə 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər və Kommersiya” fakültəsinə daxil olub və 1999-cu ildə həmin universiteti bitirərək bakalavr diplomu alıb. Eyni zamanda təhsil aldığı müddətdə Universitetin “Tələbə Həmkarlar Təşkilatı”na rəhbərlik edib.
2005-2007-ci illərdə “Azərbaycan Kənd Təsərrüfatı Akademiyası”nda “Mühəndis İqtisadiyyatı və İdarəedilməsi ” ixtisasını fərqlənmə diplomu ilə bitirərək Magistr dərəcəsi alöb.
1989-cu ildən Azərbaycan Xalq Hərəkatının fəallarından və Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvlərindən olub.
2002-ci ildən, Vətəndaş Həmrəyliyi Partiyasının Gəncə şəhər təşkilatının üzvüdür. 2004-cü ildə VHP Gəncə şəhər təşkilatının sədridir.
Ailəlidir və iki övladı var.
