Ağsu Rayon Təşkilatı

TahirAgsu

Tahir Əzimli

Ağsu Rayon Təşkilatı sədri

Əzimov Tahir Ələşrəf oğlu 29 dekabr 1960-cı ildə Ağsu şəhərində anadan olub.
1957-1967-ci illərdə Ağsu rayon orta məktəbini bitirib.
1967-ci ildə Sumqayıt Politexnik Texnikumunun “Sənaye və Mülki Tikinti” fakültəsinə daxil olub. 1970-ci ildə Texnikomu fərqlənmə ilə bitirib. Həmin ildə təyinat əsasında Kürdəmir rayonunda yerləşən 15 saylı Tikinti-Təmir idarəsində sahə rəisi kimi işə qəbul olunub. Bir il sonra hərbi xidmətə çağırılıb və Qazaxıstan Respublikasında xidmət edib. 1973-cü ildə Ağsu rayon yol idarəsində yol-ustası vəzifəsində işləyib. 1980-ci ildə “Azərİttifaq”ın Ağsu rayon İstehlak Cəmiyyətində tikinti işləri üzrə iş icraçısı vəzifəsində işləyib.
Siyasi fəaliyyətinə 2000-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasına üzv olduqdan sonra başlayıb.
Hazırda VHP Ağsu rayon təşkilatının sədridir.

Vətəndaş Həmrəyliyi Partiyasının Ağsu rayon təşkilatı 1992-ci ildə təsis edilib. Rayon təşkilatı respublikanın və partiyanın ictimai-siyasi həyatında fəal iştirak edib. Bələdiyyə seçkilərində rayon bələdiyyələrinə öz namizədləri ilə qatılıb. Təşkilat sıralarında 300 nəfərdən artıq üzvü birləşdirir. Rayonun 25 kəndində yerli özək təşkilatları var.
VHP-nin Ağsu Rayon Təşkilatına hazırda Tahir Əzimov rəhbərlik edir.

Telefon:

+994 51 876 78 48
+994 55 621 23 34

Ünvan:

Ağsu şəh., Ü.Hacıbəyov küç., ev 1

Back to top button
Close