Ağdam Rayon Təşkilatı

hesenxelilov

Həsən Xəlilov

Ağdam Rayon Təşkilatı sədri

Xəlilov Həsən Bəhram oğlu 01 noyabr 1995-ci ildə Ağdam rayonun Şotlanlı kəndində anadan olub. 1962-1972-ci illərdə kənd orta məktəbini bitirib. 1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini, 1987-89-cu illərdə Bakı Marksizim-Lelinizim Universitetinin “Fəlsəfə” fakültəsini bitirib. 1978-88-ci illərdə Sovet İttifaqı Kommunist partiyası sıralarında olub. Müxtəlif illərdə Ağdam rayon partiya komitəsində təlimatçı, peşə məktəbində müəllim, müavin vəzifəsində çalışıb. 1989-cu ildə Qarabağ müharibəsində özünümüdafiə batalyonunda zabit kimi döyüşüb. Qarabağ müharibəsi veteranıdır.
1999-cu ildə Bakıda Aliminum zavodunda sahə rəisi, zavodun direktor müavini işləyib. Fasilələrlə Ağdam Mərkəzləşdirilmiş kitabxana sistemində sahə müdiri müavini, direktor vəzifəsində çalışıb.
2001-ci ildən VHP-nin üzvüdür. 2003-cü ildən VHP Ağdam rayon təşkilatının sədridir.
Ailəlidir. 3 övladı var.

Vətəndaş Həmrəyliyi Partiyasının Ağdam rayon təşkilatı 1995-ci ildə təsis edilib. Rayon təşkilatı 2000-ci ildə yenidən bərpa edilib. Təşkilat rayonun və partiyanın ictimai-siyasi həyatında fəal iştirak edir. Rayon bələdiyyələrinə keçirilən seçkilərdə öz namizədləri ilə iştirak edib.
Ağdam rayonunun bir hissəsi Ermənistan işğalında olduğundan təşkilat üzvləri ölkənin 15-ə yaxın rayonunda yaşayırlar.
Təşkilata Ağdam ziyalılarından olan Həsən Xəlilov rəhbərlik edir.

Telefon:

070 780 59 88
012 453 97 88

Back to top button
Close