Tanıtım
Əhmədov Namiq Savalan oğlu, 1985-ci il avqustun 7-də Ağdam rayonunun Mərzili kəndində anadan olub.
1991-ci ildə Ağdam rayonunun Ergi kəndində birinci sinfə daxil olub, başlayan Qarabağ müharibəsi ilə əlaqədar 4 il təhsilimi davam etdirə bilməyib, 1996-cı ildə yenidən həmin kənddə 3-cü sinfə gedib. 2005-ci ildə Ağdam rayonu “Yeni Ergi” qəsəbəsində yerləşən 129-sayli orta məktəbi bitirib.
2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə daxil olub.
2010-cu ildən VHP Ağdam rayon təşkilatının üzvüdür. 2011-ci ildə VHP Gənclər Təşkilatı Ağdam rayon şöbəsinin sədri seçilib.
7 aprel 2012-ci il tarixdə keçirilən VHP Gənclər Təşkilatının IX Konfransında təşkilatın Məclis üzvü seçilib. Hazırda isə GT sədrinin beynəlxalq məsələlər üzrə müavini və Təşkilatın Şura üzvüdür.
