Tanıtım
Onk Nurhəyat Vaqif qızı, 25 oktyabr 1980-ci ildə Sabirabad şəhərində anadan olub. Orta məktəbi Sabirabad rayonunda bitirib. Orta ixtisas təhsillidir.
“7 Gün”, “Vəhdət”, “Vətəndaş Həmrəyliyi” qəzetlərində işləyib.
2002-2003-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb.
2003-cü ildən VHP Yasamal rayon təşkilatının üzvüdür.
24 dekabr 2007-ci ildə keçirilən VHP Qurultayında Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü və MNTK iclasında qurumun katibi seçilib.
2012-ci ilin mart ayında katiblikdən azad edilib.
