
Telefon:
+994 55 721 22 92
0150 5 00 57
E-mail:
elvan.demirli@facebo ok.com
Sosial şəbəkələrdə:
https://www.facebook.com/elvan.demirli
Tanıtım
Dəmirli Əlvan Kamal oğlu, 06 dekabr 1957-ci ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olub.
1978-ci ildə orta məktəbi bitirib. Bakı Bədən Tərbiyəsi Texnikomunun məzunudur.
1977-79-cu illərdə hərbi xidmətdə olub.
1983-1991-ci illərdə Vladimir Avto-Trakto İnistutunda qiyabi təhsil alıb.
Mərəzə qəsəbə orta məktəbində, 185 saylı Texniki Peşə Məktəbində müəllim işləyib.
1991-1995-ci illərdə Qobustan Uşaq Gənclər İdman Məktəbinin direktoru olub. Hazırda isə müəllim kimi məktəbdə fəaliyyəd göstərir.
1988-ci ildə başlanan Milli Azadlıq hərəkatının fəallarından və bölgədə əsas təşkilatçılarından olub.
Azərbaycan Xalq Cəbhəsinin Qobustan şöbəsinin təsisçilərindən və rəhbərlərindən olub. Sonrakı fəaliyyədi AXCP-də olub. KXCP Qobustan şöbəsinin sədri olub.
2004-cü ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2007-ci ildən isə VHP Qobustan rayon təşkilatının sədri və VHP Ali Məclisinin üzvüdür.
Ailəlidir, 4 övladı var.