Nicatımız: Vətəndaş Həmrəyliyindədir!

İctimai Palatanın taleyi ilə bağlı qərar noyabrın əvvəllərində keçiriləcək sessiyada veriləcək

18:35 Arxiv
İctimai Palatanın taleyi ilə bağlı qərar noyabrın əvvəllərində keçiriləcək sessiyada veriləcək
Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib.

Bu barədə APA-ya məlumat verən İP KŞ üzvü Rafiq Manaflı bildirib ki, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, prezident seçkilərinin nəticələri və İctimai Palatanın gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

 

R. Manaflının sözlərinə görə, noyabrın əvvəlində İP-in sessiyasının çağırılması haqqında qərar qəbul edilib. Sessiya qurumun saxlanıb-saxlanmaması barədə yekun qərar verəcək: “İclasda İctimai Palatanın bu vaxta qədər fəaliyyəti təqdir edilib. Lakin Milli Şuranın fəaliyyəti ilə əlaqədar olaraq, İctimai Palatanın sonrakı taleyi, hansı formada fəaliyyət göstərməsi haqqında qərarın verilməsi sessiyaya saxlanılıb”.