Vitse-sipiker Fəzail İbrahimli Mübariz İbrahimovun məzarını ziyarət edib

Bu gün Azərbaycanın Milli Qəhramanı, vətənimizi mübarizlər diyarına çevirən Mübariz İbrahimovun doğum günüdür.
Milli Məclisin sədr müavini Fəzail İbrahimli bu gün Milli Qəhrəmanın məzarını ziyarət edib. Milli Qəhrəmanın məzarı başında F.İbrahimli bildirib ki, türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimov öz yenilməz hünəri ilə adını Azərbaycan xalqının tarixinə əbədi yazmışdır: “Mübariz öz qəhramanlığı ilə işğalçı Ermənistanı və onun havadarlarını, erməni cəmiyyətini, habelə erməni ordusunu mənən məhv etdi, bir azərbaycanlının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Mübarizin şərəfli yolu ordumuza, cəmiyyətimizə yeni nəfəs verdi, bizim üçün Zəfər qələbəsinə cığır açdı”.
Bütöv yazını göstər
Back to top button
Close