VHP Yardımlı təşkilatının toplantısı

Vətəndaş Həmrəyliyi Partiyası Yardımlı rayon təşkilatının məclis toplantısı keçirilib.
Toplantıda rayon təşkilatının sədri Cəmşid Bəndəliyev çıxış edərək rayondakı vəziyyət, təşkilatın fəaliyyəti, görülmüş işlər, özək təşkilatlarının durumu və rayonda aparılan ideoloji-siyasi marifləndirmə işləri barədə məlumat verib. Son bələdiyyə seçkilərində təşkilatın üzvü Aygün Alışlınln rayonun Hamarkənd bələdiyyəsinə üzv seçilməsini uğur kimi qiymətləndirən Cəmşid bəy rayonda partiya fəaliyyətinin daha da genişlənməsinin vacibliyini vurğulayıb.
Yığıncaqda iştirak edən VHP sədrinin cənub bölgəsi üzrə müşaviri Azad Yaşaroğlu ictimai-siyasi olaylar və partiyanın fəaliyyətindən danışıb, ötən bələdiyyə seçkiləri barədə məlumat verib.
Məclis iştirakçıları çıxışlar ətrafında müzakirə aparıb, rayondakı sosial-iqtisadi vəziyyət barədə fikirlərini bildirib. Sonda təşkilati məsələyə baxılaraq oartiyaya 21 nəfər yeni üzv qəbul edilib.
Bütöv yazını göstər
Back to top button
Close