VHP üzvlərinin reysterini Ədliyyə nazirliyi təsdiq edib
Bu gün Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin reysterini təsdiq edib.
Bu barədə partiya sədrinin müavini Samir Əsədli məlumat verib.
Onun sözlərinə görə, növbəti mərhələdə nizamnamə və proqramın yeni variantını nazirliyə təqdim edəcəklər.
Qeyd edək ki, bu gün AĞ Partiya da rəsmi qeydiyyatdan keçib.