VHP Tovuz təşkilatının toplantısı
Vətəndaş Həmrəyliyi Partiyası Tovuz rayon təşkilatının genişləndirilmiş məclis yığıncağı keçirilib. Məclusdə ölkədə baş verən siyasi proseslər, təşkilati məsələlər və qarşıda duran işlər müzakirə edilib.
İlk əvvəl qeyd olunub ki, son bələdiyyə seçkilərində təşkilat üzvü Telman Ələsgərov Tovuz şəhər bələdiyyəsinə üzv seçilməsi rayon təşkilatının uğurudur.
Tovuz rayon təşkilatının sədri Nəsimi Tovuzlu partiyanın fəaliyyəti, təşkilatın gördüyü işlər, ölkədə və dünyada baş verən siyasi olaylara partiyanın münasibəti barədə çıxış edib.
Təşkilat sədrinin müavini Eldar Cəfər çıxışında təşkilati işlər, qarşıda duran vəzifələr və özək təşkilatlarının fəaliyyətindən danışıb.
Məclisin yığıncağında həmçinin Tovuz rayonundakı iqtisadi-sosial məsələlər müzakirə edilib, təkliflər səsləndirilib. Partiyaya 16 nəfər yeni üzv qəbul edilib.




