VHP Təşkilatları Məclis yığıncaqları keçiriblər- FOTO

Kürdəmir/ Vətəndaş Həmrəyliyi Partiyası Kürdəmir rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda təşkilati işlər və ölkədəki ictimai siyasi durum müzakirə edilib.
Təşkilatın sədri Əliqulu Cəfərli ölkədə və bölgədə baş verən siyasi olaylar, Kürdəmirdəki vəziyyət və partiyanın fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.
O, çıxışında Qarabağ və Ermənistanla sərhəddə son baş verənlərə toxunaraq Azərbaycan tərəfinin qətiyyətli addımlarının təqdir edildiyini, ermənilərlə məhz bu dildə danışmağın gərəkliyini bildirib. Əliqulu bəy həmçinin işsizlik problemindən söz açaraq qeyd edib ki, gənclərin çoxu işsizdir, bölgələrdə iş yerləri yoxdu, bu da əhalinin vəziyyətinə, gündəlik dolanışığına pis təsir edir, hər gün qiymət artımı, ərzaq və gündəlik təlabat mallarının bahalaşması az təminatlı, işsiz insanların durumunu daha da ağırlaşdırır . Xüsusən pandemiya və karantin tədbirləri bu vəziyyəti daha da pisləşdirir .
RT sədri qeyd edib ki, hökümət ciddi iqtisadi tədbirlər həyata keçirməli, yeni iş yerləri açılmalı, kənd təsərrüfatına xüsusi diqqət yetirilməlidir.
Məclisdə ölkədə və dünyada baş verən siyasi olaylar müzakirə edilib. Təşkilatın fəaliyyəti barədə məclis üzvləri təkliflər veriblər. Sonda VHP sıralarına yeni üzvlərin qəbulu ilə yığıncaq yekunlaşıb.
***
Laçın/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Laçın rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.

Rayon təşkilatının sədri Həmzalı Məmmədov ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran məsələlər barədə məruzə edib.
RT sədri son günlər Qarabağ, Şərqi Zəngəzur və sərhəd zonasında yaranan durumdan danışıb. Bildirib ki, Laçın və Zabux kəndlərinin boşaldılması , ümumən Laçına insanların geri qayıtması prosessinin başlanacağı rayon sakinlərini düşündürən, daima diqqətdə saxladığı məsələdir. 30 ildir vətən, el-oba həsrəti ilə yaşayan insanlar öz doğma yurdlarına köçmək istəyirlər. Laçının azad olmasından sonra, hazırda Laçın şəhərinin həmçinin Zabux kəndinin də düşməndən azad edilməsi laçınlıları sevindirir. Erməni təxribatlarının qarşısı tam alınmalı, bölgədə əbədi sülh yaradılmalıdır. Separatçı, təxribat əməllərinin kökü tam kəsilməli, Azərbaycan ərazisindən düşmən quldur silahlı dəstələri tam çıxarılmalıdır. Suveren dövlətimizin ərazisində yalnız Azərbaycan dövlətinin silahlı birləşmələri olmalıdır. Heç bir ölkənin, qrupun və hər hansı bir maraq dairəsinin bizim ölkədə silahlı dəstəsi olmamalıdır , ola da bilməz.
Həmzalı Məmmədov Laçın və Zabuxun boşaldılması zamanı evlərin, yaşayış və digər yerləri yandırmaları, təbiətə və ekologiyaya ziyan vurmaları onları narahat etdiyini bildirdi. Bir daha erməni vandalizmini gördük, 1992-ci ildə ev-eşiklərimizi talan etmişdilər, indi də eyni təxribatları törədirlər.
Təşkilatın Ağsaqqallar Şurasının sədri Füzuli Heydəroğlu çıxışında bildirib ki, onların ən böyük arzusu Laçına köçməkdir və böyük qayıdışı, vətənə köçmə günlərini gözləyirlər.
Daha sonra Məcis üzvləri ölkədəki ictimai-siyasi durumu müzakirə etmiş, iqtisadi-sosial məsələlərə xüsusi diqqət ayıraraq işsizlik və qiymət artımının əhalinin yaşayış səviyyəsinə mənfi təsir etdiyini vurğulamışlar.
Toplantıda təşkilati işlər, partiyanın yubiley hazırlıqları və qarşıda duran işlər müzakirə edilib. Sonda partiya sıralarına yeni üzvlər qəbul edilib.
***
Göygöl/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Göygöl rayon təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib.
Toplantıda rayon təşkilatının sədri Samil Bağırlı çıxışında ictimai-siyasi məsələlər, rayon təşkilatının fəaliyyətindən danışıb.
Təşkilat sədri son günlər Qarabağda baş verən olaylara toxunub və qeyd edib ki, erməni mətbuatının yazdığından belə aydın olur ki, onlar Laçını və Zabux kəndini boşaltmamaq üçün hər yola əl atırlar və Laçını yandırmağa hazırlaşır. Bunu erməni icmasının rəhbəri Narek Aleksanyan deyib. Bu onların sülh prosesinə yanaşmadığını, bütün təxribatlara əl atdığlarını göstərir. Qarabağdan bütün separatçılar, silahlı quldur dəstələri çıxarılmalı, bölgə tam şəkildə Azərbaycana verilməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan vətəndaşlığını qəbul edənlər isə sülh və əminamanlıq içində bölgədə yaşayacaqlar. Bunun əksi yoxdur. Təxribatlarından, çirkin niyyətlərindən əl çəkməlidirlər. Əgər sülhməramlılar öz funksiyalarını yerinə yetirə bilmirlərsə onlar da çıxıb getməlidirlər. Onların işi 10 noyabr bəyannaməsinə əməl etmək, sülh prosesinə nəzarət və təxribatların qarşısını almaqdır. Onların məqsədi erməniləri silahlandırıb, təxribatçılara dəstək vermək deyil.
Təşkilat sədrinin müavini Sevinc Rüstəmova çıxışında rayon təşkilatının fəaliyyətindən, qarşıda duran işlərdən danışıb.
Sonda təşkilat daxili məsələlər müzakirə edilib, VHP sıralarına yeni üzvlər qəbul edilib.
***
Qubadlı/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qubadlı rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib .
Toplantıda ictimai-siyasi və təşkilati məsələlər müzakirə edilib.
Təşkilat sədri Xasay Veliyev çıxışında təşkilatın fəaliyyətindən, qarşıda duran işlərdən danışıb. O ərazisi işğaldan azad olan rayon kimi Qubadlı rayon sakinlərini düşündürən əsas məsələnin doğma yurdlarına qayıtması olduğunu bildirib. 30 illik həsrət bitib, insanlar öz el-obalarına köçmək istəyirlər. Vətən həsrəti bitməlidir. Tez bir zamanda bərpa-quruculuq işləri başlamalı, insanlar öz kəndlərinə köçməlidirlər.
Xasay Vəliyev onların ən böyük öncəlikləri Qarabağa, Qubadlıya köç olduğunu, bütünlüklə suverenliyimiz tam bərpa olmalıdır. Həmçinin son günlər Qarabağda və sərhəd bölgəsində baş verən olaylardan bəhs edən Xasay bəy bu təxribatların qarşısının alınması, erməni separatçı dəstələrinin tərkisilah edilməsi , bölgədə sülhün təmin olunmasının vacibliyini qeyd edib .
Məclisdə təşkilat daxili məsələlər, qarşıdan gələn 30 illik yubiley hazırlıqları müzakirə edilib. Sonda partiya sıralarına yeni üzvlər qəbul edilib.
Bütöv yazını göstər
Back to top button
Close