VHP təşkilatları məclis toplantısı keçiriblər- FOTO

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Quba rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Təşkilat sədri Sənan İmanquliyevin hesabatı dinlənilib. Daha sonra RT sədri ictimai-siyasi məsələlər və qarşıda duran işlər barədə danışıb. O, bildirib ki, VHP üçün bu il ələmətdar ildir, partiyanın yaranmasının 30 ili tamam olur. Bu müddət ərzində VHP siyasi ideologoyası və ideoloji prinsiplərinə daima sadiq qalıb . Vətəndaş Həmrəyliyi ideologiyasına uyğun işlər qurulub. Az saylı xalqlar və əhali arasında təbliğat aparılıb. VHP bu gün yeganə partiyalardandır ki, az saylı xalqlar xeyli sayda təmsil olunub. Bir amalımız var ki, Azərbaycan bizim gözümüzdür və birgə ölkəmizin birliyinə, həmrəyliyinə sadiq qalmalıyıq, neçə ki, qalırıq. Biz bir ağacın qollarıyıq, elimizə, obamıza və ölkəmizə sadiq qalmalıyıq.
Sonda təşkilat daxili məsələlərə baxılıb, yeni müavin təsdiq edilib və partiyaya üzvlər qəbul edilib.
***
Vətəndaş Həmrəyliyi Partiyası Ağsu rayon təşkilatının Məclis toplantısı keçirilib. Yığıncaqda ictimai-siyasi məsələlər və qarşıda duran işlər müzakirə edilib.
Yığıncağı təşkilat sədri Tahir Əzimov açaraq ictimai-siyasi məsələlər, rayon təşkilatının fəaliyyəti, Ağsu rayonundakı mövcud vəziyyət barədə geniş danışıb.Natiq çıxışında son vaxtlar ərzaq, xüsusən gündəlik təlabat mallarının durmadan qiymətinin artmasının insanları, xüsusən az təminatlı ailələri narahat etdiyini, bu da işsiz təbəqənin dolanışığına mənfi təsirsiz ötüşmədiyini bildirib. O, Hökumətin, xüsusən müvafiq qurumların ciddi tədbir görməsinin vacib olduğunu deyib.
Təşkilatın, partiyanın fəaliyyəti, qarşıdan gələn 30 illik yubiley, ictimai-siyasi məsələlərin müzakirəsi ilə davam edib məclis toplantısında həmçinin təşkilatın mərhum sədr müavini Mirzə müəllimdən söz açılıb, onun rayon ziyalısı kimi, təşkilatda fəaliyyətindən danışılıb və qeyd olunub ki, Mirzə müəllimin əziz xatirəsi hər zaman Ağsuluların arasında xoş izlərlə qalacaq.
Məclisin sonunda VHP-yə yeni üzvlər qəbul edilib və iclas bununla da yekunlaşıb.
***
Vətəndaş Həmrəyliyi Partiyası Lənkəran təşkilatı Məclisinin növbəti iclası keçirilib. Toplantıda təşkilati işlər və ictimai-siyasi məsələlər müzakirə edilib. Rayon təşkilatının sədri Rahib Ismayilov ölkədəki ictimai-siyasi məsələlər, rayon təşkilatının fəaliyyəti, Lənkərandakı durum barədə danışıb. Çıxışında xüsusən işsizlik problemindən söz açan təşkilat sədri rayon əhalisinin böyük əksəriyyətinin işsiz olduğunu, son vaxtlar bütün məhsulların qiymət artımından söz açıb. Bu durumun əhalinin yaşayışına mənfi təsir etdiyini bildirib. Əlavə edib ki, hökumət məsələ ilə bağlı ciddi tədbirlər görməlidir. Lənkəran bölgəsində işsizlik, xüsusən gənclərin işsiz olması bölgə əhalisinin yaşayışına ciddi şəkildə mənfi təsir göstərir.
Təşkilati məsələlərin müzakirəsi ilə iclas davam edib və VHP sıralarına yeni üzvlər qəbul edilib.
Bütöv yazını göstər
Back to top button
Close