VHP Tərtər və Göygölda toplantı keçirib
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Tərtər və Göygöl rayon təşkilatlarının növbəti məclis toplantısı keçirilib.
Toplantıda Tərtər rayon təşkilatının sədri Nizami İsmayilov və Göygöl rayon təşkilatının sədri Samil Bağırlı ölkədəki ictimai-siyasi durum, partiyanın mövqeyi, qarşıda duran işlər və rəhbərlik etdikləri rayon təşkilatlarının fəaliyyəti barədə məruzə ediblər.
Gündəlikdəki məsələr ətrafında məclis üzvləri müzakirə aparıb və öz münasibətini bildiriblər.
Sonda təşkilati məsələyə baxılıb. Göygöl təşkilatı 11 nəfər və Tərtər təşkilatı 7 nəfər yeni üzv qəbul edərək, məclis toplantısı yekunlaşıb.

