VHP Sumqayıt təşkilatının toplantısı

Vətəndaş Həmrəyliyi Partiyası Sumqayıt şəhər təşkilatının məclis toplantısı keçirilib.
Məclis üzvləri və fəalların iştirak etdiyi toplantıda Sumqayıt şəhər təşkilatının sədri Elmar Sadiqli təşkilatın fəaliyyəti, Sumqayıt şəhərinin sosial-iqtisadi vəziyyəti barədə çıxış edib.
E.Sadıqlının çıxışı ətrafında müzakirə zamanı üzvlər şəhər təşkilatının genişlənməsi haqqında təkliflərini bildirib. Eymi zamanda Sumqayıt şəhərinin sosial-iqtisadi problemləri ilə bağlı diskusiya aparılıb. Bildirilib ki, ölkənin ən böyük şəhərlərindən birinin xırda kanalizasiya problemindən tutmuş, işsizliyə qədər məsələlərin kompleks həlli vacibdir və bununla bağlı hökumətə təkliflər verilməli, şəhər rəhbərliyi qarşısında tələblər qoyulmalıdır.
Daha sonra VHP sədrinin müavini Yusif Salmansoy ölkədə və dünyada baş verən siyasi proseslər, VHP-nin siyasi olaylara münasibəti, bölgədə cərayan edən hadisələr barədə məruzə edib, məclis üzvlərini maraqlandıran suallara cavab verib.
Bütöv yazını göstər
Back to top button
Close