VHP Sumqayıt şəhər təşkilatı toplantı keçirib- FOTO

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sumqayıt şəhər təşkilatı növbəti məclis iclası keçirilib.
Məclis iclasında ictimai-siyasi məsələlər və təşkilati işlər müzakirə edilib.
Təşkilatın sədri Elmar Sadıqlı yığıncağı açıq elan edərək ölkədəki ictimai-siyasi durum, Qarabağ ətrafındakı son proseslər, təşkilatın və partiyanın fəaliyyəti barədə geniş çıxış edib. O çıxışında bildirib ki, bu gün Azərbaycanda geopolitik müstəvidə çox ciddi proseslər gedir və VHP bu proseslərə münasibətdə düzgün ideoloji siyasi kurs götürüb. Elmar bəy həmçinin sosial narazılıqlara da toxunaraq bu narazılıqların hüquqi müstəvidə həllinin vacibliyini bildirib. Çıxışında E.Sadıqlı bildirib ki, bu il VHP-nin 30 illik yubileyi yaxınlaşır. Sumqayıt şəhər təşkilatı da partiyanın ilk təsis olunan təşkilatlarından biridir. Bu il bizim təşkilatın da təsis olunmasından 30 il ötür.
Məclis ölkədəki ictimai-siyasi proseslərin müzakirəsi ilə davam edib. Məclis üzvləri təşkilatın fəaliyyəti, qarşıda duran işlər və ictimai-siyasi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Sonda təşkilati məsələlər müzakirə edilib və partiya sıralarına yeni üzvlər qəbul edilib.
Bütöv yazını göstər
Back to top button
Close