VHP rayon təşkilatları toplantı keçiriblər- FOTO

ŞUŞA-25.07.2022/ Vətəndaş Həmrəyliyi Partiyası Şuşa rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib.
Təşkilatın sədri Ofelya Rəşidqızı ölkədəki ictimai-siyasi durum, Qarabağda cərəyan edən proseslər və təşkilatın fəaliyyətindən danışıb. Bildirib ki, şuşalıları ən çox maraqlandıran məsələ Şuşaya, doğma torpaqlarına köçəcəkləri günü gözləməkdir: “ Bu gün Qarabağın böyük hissəsi yağı düşməndən azad edilib. Şuşa azaddır, biz hazırda şəhərimizə, elimizə köç edəcəyimiz, geri dönüş günün səbrsizliklə gözləyirik. 30 ildir həsrəti ilə yaşadığımız Şuşa azaddır. Yaxın vaxtlarda Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Şuşanın kəndlərinin azad olunacağı sevincini də gözləyirik. Qarabağ tam azad olunacaq, bütövləşəcək. Ən böyük arzumuz budur. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirik”.
O. Rəşidqızı çıxışında qeyd edib ki, bu il VHP-nin 30 illik yubileyidir. Biz də təşkilat olaraq partiyanın yubileyini Şuşada qeyd etməyə ümid edirik.
Sonda təşkilati məsələlərə baxılıb, partiya sıralarına yeni üzvlər qəbul edilib.
***
OĞUZ-25.07.2022/ Vətəndaş Həmrəyliyi Partiyası Oğuz rayon təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Məclisdə ölkədəki mövcud ictimai-siyasi durumu və təşkilati işləri müzakirə edilib .
Təşkilat sədri Famil Zakirov təşkilatın fəaliyyəti barədə danışıb, qeyd edib ki, bir sıra yeni özək təşkilatları təsis edilib. F.Zakirov həmçinin çıxışında ictimai-siyasi məsələlər və partiyanın fəaliyyətindən danışıb.
Daha sonra məclisdə ictimai-siyasi olaylar, qarşıda duran işlər müzakirə edilib. Bildirilib ki, bu il partiyanın 30 illik yubileyi keçiriləcək, Oğuz rayon təşkilatı da partiyanın fəaliyyət istiqamətinə və məramnaməsinə uyğun işini qurub, fəaliyyət göstərir.
Sonda təşkilati məsələlərə baxılıb və VHP-yə yeni üzvlər qəbul edilib.
***
AĞSTAFA-24.07.2022/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ağstafa rayon təşkilatı Məclisinin növbəti iclası keçirilib.  Rayon təşkilatının Məclis iclasında ictimai-siyasi məsələlər və təşkilati işlər müzakirə edilib.

Təşkilatın sədri Dürdanə Həsənova yığıncağı açıq elan etdikdən sonra ictimai-siyasi məsələlər, təşkilatın və partiyanın fəaliyyəti ilə bağlı geniş çıxış edib . Bildirib ki, rayonun bir sıra kəndlərində yeni özəklər təsis edilib.
Məclis toplantısında ölkədəki iqtisadi vəziyyət də geniş müzakirə edilib. Ərzaq və gündəlik tələbat məhsullarının demək olar ki, hər gün qiymət artımı pislənilib, bu arımların, xüsusilə monopolyanın insanların gündəlik həyatına mənfi təsir etdiyi, günü-gündən yaşayışa, xüsusilə işsiz kəndli təbəqəsinin vəziyyətinin ağırlaşmasına gətirib çıxardığı bildirilib və bu məsələnin ciddi narahatçılığ yaratdığı ifadə olunub.
Sonda təşkilati məsələlər müxakirə edilib və partiyaya yeni üzvlər qəbul edilib.
***
YEVLAX-21.07.2022/  Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Yevlax rayon təşkilatının növbəti Məclis toplantısı keçirilib.

Yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər və təşkilati məsələlər müzakirə edilib.
Təşkilat sədri Vüqar Cəfərli ictimai-siyasi proseslər haqda geniş məruzə ilə çıxış edərək partiyanın fəaliyyəti, təşkilatın gördüyü işlər və siyasi proseslərdə VHP-nin fəaliyyətindən danışıb. O çıxışında VHP-nin bu il yranmasının bu 30 ilinin tamam olmasını vurğulayaraq partiyanın keçdiyi yola tarixi nəzər salıb. Toplantı iştirakçıları gündəlikdə olan məsələlərlə bağlı çıxış edib.
Sonda təşkilati məsələlərə baxılıb və partiyaya yeni üzvlər qəbul edilib.
***
SURAXANI-21.07.2022/ Vətəndaş Həmrəyliyi Partiyası Suraxanı rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Yığıncaqda ölkədəki ictimai-siyasi proseslər və təşkilati məsələlər müzakirə edilib.

Rayon Təşkilatının sədri Rüstəm Fətullayev təşkilatın fəaliyyəti barədə geniş məruzə edib. Bildirib ki, bu günlərdə daha 6 yeni özək təşkilatı təsis olunub. Son vaxtlar gənclər üzvlük üçün müraciət edirlər, bu da bizi sevindirir. Vətəndaş Həmrəyliyi ideologiyasını gənclər arasında təbliğ edirik.
Daha sonra VHP Təşkilat Şöbəsinin müdiri Asif Şəkərli ölkədəki mövcud ictimai-siyasi proseslər, qarşıda duran işlər və partiyanın fəaliyyəti barədə söz açıb. Bildirib ki, VHP-nin bu il 30 yaşı tamam olacaq. Qürurla və eyni ideoloji-sistemlə fəaliyyətimizi davam etdiririk. VHP xalqın partiyasıdır və biz də milli maraqlar, Vətəndaş Həmrəyliyi üçün öz fəaliyyətimizi millətimizin iradəsi üçün davam etdiririk.
Sonda təşkilati məsələlərə baxılıb, partiyaya yeni üzvlər qəbul edilib.
***
BALAKƏN/19.07.2022/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Balakən rayon təşkilatının növbəti məclis toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai siyasi vəziyyət, qarşıda duran işlər və təşkilati məsələlər müzakirə olunub. Rayon təşkilatının sədri Sabir Omarov gündəlikdə olan məsələlərlə bağlı çıxış edərək, təşkilatın və onun seçkili qurumlarının fəaliyyəti, qarşıda duran işlər və qərarların icra vəziyyəti, ölkədəki ictimai vəziyyət barədə danışıb.
Toplantıda iştirak edən VHP Ali Məclisinin üzvü Azər Caniyev ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın fəaliyyəti və qarşıdan gələn 30 illik yubiley haqqında geniş çıxış edib .
Məclisdə ictimai-siyasi vəziyyət, təşkilatın fəaliyyəti barədə müzakirələr aparılıb. Sonda təşkilati məsələlərə baxılıb və partiyaya yeni üzvlər qəbul edilib.
Bütöv yazını göstər
Back to top button
Close