VHP: qadağalar təhlükəsizliyimiz üçündür

Bu gün dünyamızın əsas dərdi koronovirus epidemiyası və bundan qorunmadır. Böyük dövlətlər belə vətəndaşlarının sağlamlığını qorumaqda acizdir. Bu baxımdan Azərbaycan son günlərədək epidemiyanın yayılmasının qarşısının alınmasında uğurlu nəticələr əldə etmişdi. Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.

Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın həftənin 2 gününü əhatə etməsi heç bir təşviş yaratmamalıdır. Ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.

Eyni zamanda vətəndaşlar da bu məsələdə xüsusi diqqət və fəallıq göstərməlidir. Dövlətimizin ən yüksək məqamlarında pandemiya şərtlərinə göstərilən ciddi münasibət nəzərə alınmalıdır.

Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.

VHP deputat qrupu bir daha ölkə ictimaiyyətinə müraciət edərək durumun ciddiliyini qəbul etməyi, bütün qadağalara təhlükəsizlik tədbirləri kimi əməl etməyə çağırır.

VHP Mətbuat Xidməti

Bütöv yazını göstər
Back to top button
Close