VHP-nin təşkilat yığıncaqları keçirilib- FOTO
QUSAR: Vətəndaş Həmrəyliyi Partiyası Qusar rayon təşkilatı konfransdan sonra ilk Məclisinin toplantısını keçirilib. Toplantıda təşkilati məsələlər və ölkədəki ictimai-siyasi durum müzakirə edilib.
Təşkilatın sədri Elşəfa Məmmədov çıxışında ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər və partiyanın fəaliyyəti barədə danışıb.
Natiq son vaxtlar ölkədə bütün məhsulların, digər tələbat mallarının bahalaşması, işsizlik problemindən danışaraq qeyd edib ki, işsizlik insanların, xüsusən rayn əhalisinin dolanışığına mənfi təsis edir. Xüsusən sərhədlərin bağlı olması amili də buna təsis edir. Hökumətin bu məsələlərlə bağlı ciddi tədbirlər görməsinin vacib olduğunu deyib.
Təşkilatın nəzarət təftiş komissiyasının sədri Məzahir İlyasov və məclis üzvü Elmira Mursaliyeva çıxışında rayon təşkilatının fəaliyyətindən danışıb.
İctimai-siyasi məsələlər və təşkilati işlərin müzakirəsi ilə iclas davam edib. Edik Hacıxanov sədrin birinci müavini, Əfsanə Rəsulova və Elman Gərayxanov müavin təyinatı təsdiqlənib. VHP-yə yeni üzvlərin qəbulu ilə iclas yekunlaşıb.
***
HORADİZ: Vətəndaş Həmrəyliyi Partiyası Füzuli rayon təşkilatı Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi durum, Qarabağ ətrafında baş verən olaylar və təşkilati məsələlər müzakirə edilib.