VHP-nin sədr müavini vitse-spiker oldu – Fəzail İbrahimli kimdir?

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli vitse-spiker seçilib.
 
BakuPost xəbər verir ki, bununla da Parlametin rəhbərliyi tam formalaşıb.
Spiker Sahibə Qafarova, birinci vitse-spiker Əli Hüseynli, spikerlər isə Adil Əliyev və Fəzail İbrahimli olub.

Fəzail İbrahimli kimdir?
Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.
Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib.
1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur.
1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var.
2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib.
Qeyd edək ki, müxalifətdən olan deputatın vitse-spiker seçilməsi ilk dəfədir.
Bütöv yazını göstər
Back to top button
Close