VHP-nin bölgə təşkilatlarının toplantısı keçirilib- FOTO
Oğuz: Vətəndaş Həmrəyliyi Partiyası Oğuz rayon təşkilatı Məclisinin və Nəzarət Təftiş Komissiyasının birgə toplantısı keçirilib. İclasda ölkədəki ictimai-siyasi durum, təşkilati məsələlər və qarşıda duran işlər müzakirə edilib.
Təşkilat sədri Famil Adiloğlu ölkədəki ictimai-siyasi vəziyyət, pariyanın proseslərə münasibəti və qarşıda duran tapşırıqlar barədə geniş məruzə edib. Siyasi partiyalar haqqında qanuna uyğun yenidən qeydiyyat məsələsi barədə üzvlərə məlumat verilib.
Şirvan/ Şamaxı: Vətəndaş Həmrəyliyi Partiyası Şirvan şəhər və Şamaxı rayon təşkilatları Məclisinin növbəti toplantısı keçiriblər. Şirvan şəhər təşkilatının sədri Aqil Vəli və Şamaxı rayon təşkilatının sədri Ədalət Məmmədov ictimai-siyasi məsələlər barədə məruzə edib, partiyanın siyasi mövqeyi və proseslərə münasibəti haqda üzvləri məlumatlandırıblar.
Lerik: Vətəndaş Həmrəyliyi Partiyasının Lerik rayon təşkilatı məclisinin növbəti yığıncağı keçirilib. Təşkilat sədri Elxan Hacıyev çıxış edərək təşkilati işlərlə bağlı geniş məlumat verib. O, bildirib VHP Lerik rayon təşkilatın qeydiyyatında 255 nəfər üzv var, yeni siyasi partiyalar qanununa uyğun olaraq üzvlərdən 150 nəfərin adı reysterə salınıb. E.Hacıyev həmçinin məclisə məlumat verib ki, Ədliyyə nazirliyi tərəfindən 100-ə yaxın partiya üzvünə zəng edilib, partiya üzvü olmaları soruşulub və təsdiq alınıb.
Toplantıda VHP sədrinin müşaviri Həşim Nəsirov çıxış edərək partiyanın respublika reystr işi ilə bağlı fəaliyyətindən danışıb və ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər barədə məlumat verib. Bildirib ki, yeni qanuna görə partiya qeydiyyatdan keçmək üçün on minə yaxən şəxsin adı verilib, onların yarısı ilə əlaqə saxlanıldığı barədə məlumatımız var.