VHP-nin bölgə iclasları davam edir- FOTO

Daha sonra təşkilat sədri VHP-nin yaranmasının 30 illiyi ilə bağlı fikirlərini bildirərək qeyd edib ki, VHP həm siyasi yolu, həm də ideologiyası ilə Azərbaycan siyasi sistemində özünə xüsusi mövqe qazanmış bir partiyadır. Təşkilat sədri məclis iştirakçılarının yubiley münasibəti ilə təbrik edib və partiya üzvləri qarşısında duran vəzifələrdən danışıb. Məclis üzvləri səsləndirilən fikirlərlə bağlı mövqelərini bildiriblər.
Sonda VHP sıralarına yeni üzvlər qəbul edilib və iclas başa çatıb.
***

Rayon təşkilatının sədri Qoca Qocayev ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın və rayon təşkilatının fəaliyyəti, Qazax rayonundakı vəziyyət barədə geniş çıxış edib. O, bildirib ki, hazırda əhalini narahat edən əsas məsələ işsizlik, qiymət artımıdır: “Demək olar ki, gündəlik tələbat məhsullarının qiyməti hər gün artır, bu da insanların dolanışığına, yaşayışına ciddi təsir edir. Gənclər iş tapa bilmirlər, bu isə kənd yerlərinin kütləvi boşalmasına gətirib çıxarır ki, nəticədə kənd təsərüfatına ciddi ziyan dəyir. Digər tərəfdən kəndli də əkdiyini, biçdiyini istədiyi kimi sata bilmir. Monopoliya, rüşvət, məmur özbaşınalığı da buna təsir edir. Kəndlinin məhsulu maya dəyərindən də ucuz alınır, mərkəzdə, böyük şəhərlərdə marketlərdəki qiymət isə od tutub yanır.Hökumət buna ciddi əncam çəkməlidir, bu məsələlər qaydasına düşməsə kənd təsərrüfatı daha da bərbad günə düşəcək. Cünki kəndli əkir, biçir faydasını işbazlar, böyük market sahibləri görürlər”.
Təşkilat sədri bildirib ki, bu il VHP-nin 30 yaşı tamam olur. Bizim üçün ələmətdar, böyük gündür. Qazax rayon təşkilatı da ilk təsis edilən partiya qurumlarından biridir. VHP 30 illik nümunəvi fəaliyyəti ilə bütün partiyalara örnək təşkilatdır.