VHP Neftçalada Milli Dirçəliş günün qeyd edib

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatı 17 noyabr Milli Dirçəliş günü ilə bağlı toplantı keçirib. Tədbir iştirakçıları Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların ruhunu yad edib.

VHP Neftçala rayon təşkilatının sədri Fərman Hüseynov və yazıçı publisist Ələkbər Zahidov çıxış edərək bildirib ki, Milli Dirçəliş Günü Azərbaycan tarixinin ən parlaq hadisələrindəndir. Qeyd olunub ki, bu hərəkat elə bir hadisədir ki, bütün bayramlardan yüksəkdə durmalıdır. Azərbaycanın müasir tarixi üçün hər şey məhz 17 noyabrda başladı. Meydanda milyonlarla insan olduğu günlərdə, minlərlə insan gecələr tonqal başında meydanda qaldığı günlərdə xalq meydanı yedirtdi, içirtdi, hər yerdən kömək gəldi. Belə bir qeyri-adi milli birlik nümayiş etdirildi. Ona görə həmin günlərin əhəmiyyəti çox böyükdür. Bundan sonra müstəqil Azərbaycan dövləti yarandı, 1918-ci ildəki Cümhuriyyəti bərpa edildi. 1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə qədər gedilən yol SSRİ-nin dağılmasını sürətləndirdi və biz müstəqilliyimizi elan etdik. Bu səbəbdən Milli Dirçəliş Günü tarixi əhəmiyyəti olan bir gündür.

Çıxışçılar bildirib ki, Qarabağ uğrunda aparılan vətən savaşı növbəti dəfə bizə həmin milli birliyi və ruhu yaşatdı. 32 il sonra II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalqdır, həmin milli ruh və iradədir, həmin gözəllikdir. Ötən 30 ildə hərbi məğlubiyyət millətimizin psixologiyasına zərbə vursa da, gənclərimizin içində bir ümidsizlik yaratsa da, bu savaş hər şeyi yerinə qaytardı. Çünki qeyd etdiklərimizin səbəbi də müharibədə torpaqlarımızı itirməyimiz, 1 milyon qaçqın və məcburi köçkünün taleyi idi. Vətən savaşında xalq birləşdi, öz torpağını xilas etmək üçün qalxdı. Bu onu göstərdi ki, millətin ruhu və iradə öz yerindədir. Müharibəni müasir silahlarla yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş ruhu, əzmi və iradəsi uddu. Ordumuz bizi qələbəyə və Azərbaycanın ərazi bütövlüyünə qovuşdurdu.

Bütöv yazını göstər
Back to top button
Close