VHP Mingəçevir şəhər təşkilatının toplantısı
Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Mingəçevir şəhər təşkilatının növbəti Məclis toplantısı keçirilib.
Şəhər təşkilatının sədri Mübariz Camiyev məruzə ilə çıxış edərək ölkədəki ictimai-siyasi durum, qarşıda duran vəzifələr və şəhər təşkilatının fəaliyyəti barədə danışıb.
Təşkilat sədrinin müavini Gernan Müseyibov təşkilati işlər, ötən müddət ərzində şəhər təşkilatında görülən işlər barədə məlumat verib.
Yığıncaqda gündəliyə uyğun olaraq məclis üzvləri müzakirə aparıblar, partiya sıralarına 8 nəfər üzv qəbul edilib.

