VHP Masallı təşkilatının toplantısı

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Masallı rayon təşkilatının növbəti məclis toplantısı keçirilib.
Toplantıda Masallı rayon təşkilatının sədri Faiq Ağayev ölkədəki ictimai-siyasi durum, partiyanın mövqeyi, qarşıda duran işlər və rayon təşkilatınln fəaliyyəti barədə məruzə edib.
Məruzə ətrafında məclis üzvləri müzakirə aparıb öz münasibətini bildiriblər. Müzakirələrdə Masallı rayon təşkilatının ötən parlament seçkilərində fəallığı qeyd edilmiş, partiya namizədinin seçki qələbəsindən sonra da bu fəallığın qorunmasının vacibliyi qeyd edilmişdir.
Sonda təşkilati məsələyə baxılıb və Masallı rayon təşkilatı 28 nəfər yeni üzv qəbul edib.
Bütöv yazını göstər
Back to top button
Close