VHP-dən hakimiyyətə çağırış: “Milli həmrəylik üçün siyasi məhbus problemini birdəfəlik həll edilməlidir”

Vətəndaş Həmrəyliyi Partiyası hakimiyyəti bütün daxili və xarici siyasi şərtləri nəzərə alaraq milli həmrəyliyin əngəllənməsinə səbəb olan siyasi məhbus problemini birdəfəlik həll etməyə çağırır.

Azərbaycanın içində olduğu hərbi münaqışə ilə bağlı son yaşananlar bir daha göstərdi ki, dövlət olaraq milli birlikdən başqa uğur yolumuz yoxdur. Buna görə ölkə vətəndaşlarına münasibətdə heç bir fərqə, siyasi ayrı-seçkiliyə yol verməmək, qarşıda duran milli hədəflərə nail olanadək bütün intiriqaları bir kənara qoymaq dövlət müstəqilliyimizin uğur və qurtuluşunun əsas şərtlərindəndir….

Vətəndaş Həmrəyliyi Partiyası olaraq özünü “söyüş müxalifəti” kimi tanıdan qüvvələri qətiyyətlə pisləməklə yanaşı, qondarma ittihamlara məruz qalan müxalifət təmsilçilərinin həbsini də həmişə qınamışıq. Qarabağ qazisi, ömrünün böyük bir hissəsini Azərbaycanın müdafiəsi və ərazı bütövlüyü işinə həsr edən Tofiq Yaqublunun həbsi bu məsələdə əsəblri bir daha tarıma çəkdi, iştimİyyətin narazılığına səbəb oldu. Ümumiyyətlə, insanlara qarşı cəza vasitəsi kimi ancaq həbs qəti imkan tədbirinin seçilməsi düzgün deyil. Xüsusi hallar nəzərə alınıb qanunun imkan verdiyi diğər qərarlar çıxarmaq olar. Bu həm dövlətin humanizminin göstəricisi, həm də siyasi münasibətlərin mülayimləşməsi üçün vacibdiir.
Hakimiyyətin cəmiyyətlə, demokratik təşkilatlarla, siyasi partiyalarla və beynəlxalq təşkilatlarla dialoq yoluna üstünlük verdiyi indiki şəraitdə hər şeydən öncə ölkədə milli həmrəyliyə nail olmaq üçün bütün vasitələrdən istifadə edilməli, o cümlədən siyasi məhbus məsələsinə aydınlıq gətirilməli və son qoymalıdır. Ölkə rəhbərliyi tərəfindən son illərdə ardıcıl olaraq əfv fərmanları verilir, amnistiyalar təqdir olunur. Amma bütün bunlar sözü gedən problemi bütövlüklə həll etməyib. Vətəndaş Həmrəyliyi Partiyası hakimiyyəti bütün daxili və xarici siyasi şərtləri nəzərə alaraq milli həmrəyliyin əngəllənməsinə səbəb olan siyasi məhbus problemini birdəfəlik həll etməyə çağırır.

Bütöv yazını göstər
Back to top button
Close