VHP də bələdiyyə seçkilərində iştirak edəcək
“Vətəndaş Həmrəyliyi Partiyası bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək niyyətindədir”.
Bu barədə “OLAYLAR”-a məlumat verən partiyanın Ali Məclisinin katibi Asif Şəkərli deyib ki, bu məqsədlə VHP-nin Seçki Qərargahında müvafiq iş planı təsdiq edilib və seçkiyə hazirliq gedir “Respublikanın kənd, qəsəbə və şəhər bələdiyyələrinə namizədlər irəli sürüləcək. Ötən bələdiyyə seçkilərində VHP-nin 115 üzvü müxtəlif bələdiyyələrə seçiliblər. Seçkildə partiyanın 800 üzvü namizədliyini irəli sürmüşdü, Təssüf ki, rayonlarda yaradılan süni maneələr, icra hakimiyyətlərinin müdaxiləsi nəticəsində 350 nəfərin namizədliyi qeydə alındı. Ancaq bu dəfə bələdiyyələrə namizədlərimizin sayı daha çox olacaq”