VHP-çilər bölgələrdə toplantı keçirdilər- FOTO
Lökbatan/ Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Qaradağ rayon təşkilatının Məclisinin növbəti toplantısı keçirilib. Yığıncağı təşkilat sədrinin müavini Aydın Həsənov açaraq təşkilatın fəaliyyəti, konfrans hazırlıqları barədə danışıb. Bildirib ki, konfransa hazırlıqlar davam edir. Özək təşkilatlarının ümumi yığıncaqları keçirilir, konfrans nümayəndələri müəyyənləşdirilir və işlər yekunlaşandan sonra Qaradağ rayon təşkilatı konfransının iclası keçiriləcək.
Rayon təşkilatı nəzarət-təftiş komissiyasının sədri Siyavuş Ağayev, məclis üzvlərindən Xanhüseyn Hüseynov, Salman Əhədli və digərləri çıxış edərək təşkilatın fəaliyyəti, VHP-nin 30 illik fəaliyyəti barədə danışıblar.
Yığıncaqda iştirak edən VHP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü Saleh Salayev çıxışında ictimai-siyasi məsələlər, bölgədə və dünyada baş verən proseslər, VHP-nin fəaliyyəti, siyasi-iqtisadi məsələlərə münasibəti barədə danışıb.
Çıxış edən Məclis üzvləri bildirib ki, 26 sentyabr tarixində VHP-nin təsis edilməsindən 30 il ötür. VHP-nin hədəfi milləti birləşdirmək, ölkədə vətəndaş həmrəyliyinə nail olmaqdır. Vətəndaş Həmrəyliyi- insan haqlarını yüksək tutan xalq ideallarına bağlı, dövlətçiliyə xidmət edən və bu istiqamətdə bütün siyasi- ideoloji dəyərlərdən səmərəli dəyərlənən bir xəttdir.
***

Yığıncaqda Partiyanın təsis edilməsinin 30-cu ildönümü və qarşıda duran məsələlər müzakirə edilib. Rayon təşkilatının sədri Eminağa Niftəliyev tədbirdə çıxış edərək, məclis iştirakçılarını VHP-nin təsis edilməsinin 30-cu ildönümü münasibəti ilə təbrik edib: “26 sentyabr 1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının ilk təsis qurultayı keçirilib. Elə həmin tarixi gündən də VHP Azərbaycan cəmiyyətinə “vətəndaş həmrəyliyi”, “vətəndaş birliyi”, “milli birlik” ideologiyası ilə daxil oldu. Aradan keçən bu illərdə ideologiyamızın genişlənməsi üçün mühüm işlər görüldü, partiya öz siyasi xəttindən bir dəfə də olsun yayınmadı. Hazırda bütün siyasi qüvvələr bölgədə baş verən prosesləri nəzərə alaraq, ölkənin nicatının vətəndaş həmrəyliyində olduğunu vurğulayırlar. Bu, VHP-nin irəli sürdüyü ideologiyanın nə qədər gərəkli və strateji baxımdan əhəmiyyətli olmasının göstəricisidir”.
Təşkilat sədri çıxışı zamanı qarşıda duran işlər, təşkilatın fəaliyyəti və rayonda baş verən olaylar barədə də danışıb.
Məclis təşkilati məsələlərin müzakirəsi ilə yekunlaşıb və sonda VHP sıralarına yeni üzvlər qəbul edilib.
***

Məclisdə iştirak edən VHP Siyasi Şurasının üzvü Faiq Balabəyli ölkədə baş verən siyasi olaylar, bölgədə cərayan edən proseslər, VHP-nin rolu və mövqeyi barədə geniş danışıb. F.Balabəyli bildirib ki, bu il VHP-nin təsis edilməsindən 30 il ötür və biz VHP olaraq millətin gələcəyini həmrəylikdə, dirəniş və dayanışmada, birlik və bərabərlikdə görürük. Artıq vətəndaş həmrəyliyi ideyasının zəruriliyini anlamayan yoxdur və bu ideologiya dövlətçiliyimizin təminat statusunu alıb.
Sonda təşkilati məsələlərə baxılıb, VHP sıralarına yeni üzvlər qəbul edilib.