VHP Baydenin qondarma soyqırım bəyanatına etiraz etdi
Aprel ayının 24-də ABŞ prezidenti Cozef Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatı 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlərə Türkiyə dövləti cavab olaraq bildirib ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Bunun üçün hər cür kömək göstərməyə hazır olduqlarını dəfələrlə bildirsələr də, lakin hər dəfə erməni tərəfi və havadarları yalanlarının üzə çıxacağından qorxaraq bu təklifi qəbul etməyiblər.
Bu bəyanata etiraz olaraq Vətəndaş Həmrəyliyi Partiyası bildirir ki, ABŞ höküməti ən yeni tarixdə baş vermiş və həqiqi dəlillərlə orta olan Xocalı soyqırımını tanıması daha ədalətli olardl. Bütün sübut olunmuş Xocalı həqiqətini görməzdən gələn ABŞ-in Türkiyəyə saxta ittihamlarla təzyiq göstərməsi yolverilməzdir. Erməni silahlı dəstələrinin törətdikləri soyqırımları, dinc əhaliyə qarşı etdikləri vəhşilikləri sadalamaqla bitirmək olmaz. Lakin bütün bu tarixi faktlara baxmayaraq, Amerika Birləşmiş Ştatları tərəfindən hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.
Riyakarlıq təkcə Baydenin bəyanatı ilə bitmir indi də ABŞ senatorları Amerika Erməni Milli Komitəsinin və erməni kapitalının təsiri altında “ erməni soyqırımı” yalanını orta məktəb dərsliklərinə salınmasına çalışırlar və bunun üçün büdcədən 10 milyon dollar ayrılıb.
Təkcə son on illliklərdə ABŞ-ın Əfqanıstanda, İraqda, Suriyada və digər bölgələrdə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı günahsız dinc insanların qətlə yetirilməsinin hesabı kimdən sorulmalıdır?
Vətəndaş Həmrəyliyi Partiyası ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı”nı dəstəkləməsini qətiyyətlə pisləyir. Tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç bir məqsədlərinə çatmayacaqlar. Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcəkdir