Türkiyədə “Xocalı həftəsi” davam edir

Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Xocalı həftəsi” Türkiyə Cümhuriyyətinin bütün bölgələrində geniş mərasimlər şəklində davam etdirilir.

Bu barədə hazırda qardaş ölkədə keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdə olan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib. Millət vəkilinin bildirdiyinə görə, fevralın 22-də İstambulun “Bakı Palas” otelində Xocalı sakinlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Bengtürk TV-nin oteldən apardığı canlı yayımda Sabir Rüstəmxanlı, həmçinin Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış etmiş, Xocalı soyqırımı barədə ətraflı məlumat vermişlər.

Həmin gün İstambulun ən böyük ilçələrindən olan Esenyurdda da böyük mərasim keçirilib. Esenyurd Mədəniyyət Mərkəzində düzənlənən mərasimdə Türkiyə Böyük Millət Məclisinin və Azərbaycan Milli Məclisinin üzvləri, ziyalılar, Azərbaycanın İstambuldakı konsulu, Xocalı faciəsinin şahidləri iştirak etmişlər. Millət vəkili S.Rüstəmxanlı bu mərasimdəki çıxışında da faciə və onun nəticələri haqqında danışıb, dünyanın gözü qarşısında baş verən bu soyqırıma beynəlxalq qurumların laqeyd yanaşması önə çəkib.

 

 VHP Mətbuat Xidməti

Bütöv yazını göstər
Back to top button
Close