Samir Əsəsli: “ATƏT və digər beynəlxalq təşkilatların bölgədə görəcəyi konkret və mühüm bir iş qalmayıb”

“Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”. ATƏT-in fəaliyyətdə olan sədri XİN rəhbəri Ceyhun Bayramovla da görüşüb. Nazir təşkilatın bölgə üçün görə biləcəyi konkret işlərdən bəhs edib.
Qısacası, həm Prezident, həm də xarici işlər naziri 30 ilə yaxın müddətdə münaqişənin həllində müsbət rol oynamayan bir qurumun bundan sonra hansı işləri görə biləcəyinə diqqət çəkiblər.
Açıq şəkildə vurğulanıb ki, özünü doğrultmayan təşkilatın bundan sonrakı əsas missiyası bölgədə kommunikasiyaların bərpasına yardım etmək və humanitar fəaliyyətdə yer almaqdan ibarətdir.
Vətəndaş Həmrəyliyi Partiyasının funksioneri, siyasi şərhçi Samir Əsədli “Şərq”ə açıqlamasında vurğulayıb ki, Azərbaycan rəhbərliyinin və digər rəsmilərin ATƏT-in bölgədə fəaliyyəti haqda bəyanatları yalnız diplomatik etika prinsiplərinə söykənir:
“Avropalılar da, rəsmi Bakı da çox gözəl başa düşürlər ki, ATƏT və digər beynəlxalq təşkilatların bölgədə görəcəyi konkret və mühüm bir iş qalmayıb.
Bu gün Qarabağda və Azərbaycan-Ermənistan münasibətlərində əsas söz sahibi Ankara və Moskvadır. Əlbəttə, Rusiyanın prosesdə əsas oyunçu olmasının mənfi tərəflərinin olması başqa məsələdir.
Amma reallıq və fakt odur ki, Avropa ölkələri və Qərbi təmsil edən beynəlxalq təşkilatlar Qarabağdakı proseslərdən tamamilə kənardadırlar”.