Samir Əsədli: “Azərbaycan Ərdoğanın Şuşa səfərindən maksimum bəhrələnməlidir”

Azərbaycan Ərdoğanın Şuşa səfərindən  maksimum bəhrələnməlidir 
“10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Bu, razılaşmanın 4-cü bəndində göstərilib”. Bunu “Şərq”ə açıqlamasında VHP-nin Mərkəzi Aparatının rəhbəri Samir Əsədli deyib. Partiya təmsilçisi qeyd edib ki, erməni tərəfi həmin bəndin yerinə yetirilməsini hər vəchlə yubadır:
“Rusiya “sülhməramlı” missiyası adı altında Xankəndi və digər ərazilərdə möhkəmlənməyə çalışır. Çünki 2025-ci ilin mayında tərəflərdən birinin razılığı olmazsa, sülhməramlıların bölgədə qalması çətinləşəcək. O zaman Rusiya erməni əsilli Azərbaycan vətəndaşlarından istifadə etməyə çalışacaq. Bu məsələni diqqətdə saxlamalıyıq. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən Azərbaycan maksimum bəhrələnməlidir. Türkiyə kartından Rusiyaya qarşı istifadə etməliyik”.
Bütöv yazını göstər
Back to top button
Close