Sabir Rüstəmxanlı: Kür çayı ilə bağlı vaxt itirmək olmaz

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Kür çayında yaranmış vəziyyət və Nefçaladakı su problemindən yazıb: “Havalar istiləşdikcə Neftçalada içməli su məsələsi daha çiddi problemə çevrilir. Kürün Xəzərə tökülən yerində üzən qurğular işləyir, delta dərinləşdirilir, buna baxmayaraq şor su Kür boyu qalxmaqda davam edir və artıq Surra kəndinə çatmışdır. Deməli, bu işdə bir yanlışlıq var. Deltada cənub istiqamətli Bala Kürü bağlamaq düzgün olmayıb. Balıq mafiyasına görə çayın təbii istiqamətini dəyişmək olmazdı. Bunu yerli adamlar deyir. Kürü tanıyan, təcrübəli adamlar… Mən də ötən yazımda buna işarə vürmuşdum. Doğrudur, yalandır? Qoy təcili komissiya yaradılsın, mütəxəssislər və yerli adamlar müzakirə eləsinlər, bir çıxış yolu tapılsın. Verilən təklif böyük xərc tələb eləmir…İndiki halda görülən işlər fəlakətin qarşısını almır, vəziyyəti daha da ağırlaşdırır…

O ki qaldı Neftçalaya çəkilən su kəmərinə, burda qərar birmənalı olmalıdır. Bu, Aralıq dənizi sahilinə neft, qaz kəmərləri çəkən ölkə üçün su içimi kimi bir işdir. Yay uzunu 80 min əhalini maşınla, ovuc-ovuc paylanan suyla təmin etmək olmaz. 40 km -lik kəmər nədir ki?! Tlkinti təşkilatları cəlb edilsə, gecə- gündüz iş getsə on günə bitirmək olar…Gərək hökumətimiz Neftçalada vəziyyətin ciddiliyinə ciddi yanaşsın. Payızı gözləmək olmaz”!

Bütöv yazını göstər
Back to top button
Close