Sabir Rüstəmxanlı: “Ukrayna ilə müharibə Dünya müharibəsinin başlanması üçün əsas ola bilər”

Sabir Rüstməmxanlı
Sabir Rüstməmxanlı

“Ukrayna öz yolu olmasını istəyir və bunun üçün də Rusiyaya müqavimət göstərir. Həm də kifayət qədər ciddi müqavimət. Ən azı Ukraynadakı indiki siyasi sistem Rusiyadan fərqlənir və kifayət qədər demokratikdir, daha azad və daha sərbəstdir”.

Reyting.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

S. Rüstəmxanlı deyib ki, Qərbin Ukrayna ilə bağlı siyasəti ikibaşlıdır və bu təəssüf yaradır. Onun sözlərinə görə, son 30 ildə Qərbin mövqeyini dəfələrlə görmüşük:

“Qərb söz deyir, amma onu yerinə yetirməkdə imkanı yoxdur. Nə BMT, nə ATƏT, nə də Avropa Şurasının belə imkanı mövcud deyil. Hazırda Ukraynaya Qərb ölkələrindən silah göndərilir, bu ölkə silahlandırılır. Amma Ukraynada nüvə-atom silahları yoxdur. Zamanında var idi, amma məhv edildi. İndi də Rusiya ilə üz-üzə qalır və bu, Ukrayna üçün sərfəli deyil. Amma eyni zamanda Ukrayna Çeçenistan, heç Qazaxıstan da deyil”.

S. Rüstəmxanlı qeyd edib ki, Ukrayna və Rusiya müharibəsinin başlanması dünya üçün fəlakət olardı: “Bir daha deyirəm, Ukrayna Çeçenistan deyil. Bu ölkə ilə müharibə fəlakətlərə yol aça, növbəti Dünya müharibəsinin başlanması üçün əsas ola bilər”.

S. Rüstəmxanlı əlavə edib ki, Avropa qurumları da bu böhranda birmənalı mövqeyə sahib deyil: “Belə məsələlərdə qəti mövqe əhəmiyyətlidir. Avropa bir tərəfdən Ukraynanı müdafiə edir, digər tərəfdən də enerji baxımından Rusiyadan asılıdır. Məsələn, qazı, nefti Rusiyadan alırlar, “Şimal Axını-2”ni müdafiə edirlər. Almaniya kimi nəhəng ölkə ortada qalıb. Elə Fransa da. Yalnız ABŞ ciddi mövqe ortaya qoyur. Bununla da hər şeyi yoluna qoymaq mümkün deyil. Avropa bu məsələdə ikibaşlı oynayır. Belə atnmosferdə məsələnin həlli uzanacaq”.

___________________________________________________________

“Putin bilir ki, NATO Rusiya sərhədlərinə yaxınlaşsa…” – Sabir Rüstəmxanlı

“Mən kök və genetik olaraq bir-birilə yaxın rus və ukrayna xalqının savaşını arzu etmirəm. Onlar eyni kökdən gələn xalqlardır. Bunu da həm Ukrayna, həm də Rusiyanın rəhbərləri, öndə gələn ziyalıları dəfələrlə qeyd ediblər. Rus ordusundakı zabitlərin böyük hissəsi Ukrayna kökənlidir. Bir xalqın iki qanadını üz-üzə qoymaq dünyanın alçaq yanaşmasıdır. Bunlar doğru deyil”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı bildirib.

O əlavə edib ki, hər iki tərəfin özünə görə məntiqi var:

“Məsələn, Putin NATO-nun Rusiya sərhədlərinə doğru yaxınlaşmasını istəmir, bunun necə nəticələnəcəyini bilir. Eyni zamanda Ukraynanın da mövqeyi bəllidir. Ukrayna müstəqil olmaq, Rusiyadan asılı olmamaq, qərbin bir parçası olmaq, Avropa standartlarına uyğun sistem qurmaq istəyir. Hər cəhətdən Rusiyanın indiki rejimindən uzaqlaşaraq, Avropaya yaxınlaşmağa çalışır. Ukraynalılar Rusiyaya nə qədər yaxın olsa da, qardaş xalqlar olsalar belə Rusiyanın dövlət sistemi fərqlidir. Putinin tutduğu yol məlumdur. Bəlkə də, bu Rusiyanın çıxarlarına uyğundur, amma dünyada qəbuledilməyən roldur. Rusiyanın öz siyasətçilərindən biri yazırdı ki, hakimiyyəti əldən vermək olmaz, 2024-cü il seçkilərinə hazırlaşmaq lazımdır. Ola bilsin ki, Rusiyanın geosiyasi durumu, tarixi şəraiti buna uyğundur. Amma dünya bunu qəbul etmir”.

Bütöv yazını göstər
Back to top button
Close