Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşüb

Millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı 27 sentyabr Anım Günü Neftçalada keçirilən tədbirlərdə iştirak etmişdir. S. Rüstəmxanlı anım günündə Neftçala rayonunda Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri ilə görüşmüş , Şəhidlər Xiyabanını ziyarət etmişdir. Rayon rəhbərliyinin də qatıldığı tədbirdə çıxış edən millət vəkili Azərbaycan xalqının Vətən Müharibəsində göstərdiyi şücaətdən söz açmış, Neftçala rayonunun bu prosesdə xüsusi rolundan danışmışdır.

Sabir Rüstəmxanlı Neftçalada həmçinin seçicilərlə görüşmüşdür. Xol Qaraqışlaq və Qırmızıkənddə olan millət vəkili əvvəlcə kənd şəhidlər xiyabanında olmuş, sonra seçiciləri qəbul etmişdir. Görüşdə seçicilərin problemləri dinlənilmiş, kəndlərdə yaşanan ümumi çətinliklər öyrənilmişdir. Sabir Rüstəmxanlı bəzi məsələləri yerindəcə müvafiq icra qurumlarının diqqətinə çatdıraraq həll etmiş, yol, elektrik enerjisi, görüş yerləri kimi ümumi problemləri lazımi oqanlar qarşısında qaldıracağına söz vermişdir.

 

Bütöv yazını göstər
Back to top button
Close