Sabir Rüstəmxanlı İYİ Partiyanın yeni genel başkanı Müsavat Dervişoğlunu təbrik etdi
Vətəndaş Həmrəyliyi Partiyası sədri, millət vəkili Sabir Rüstəmxanlı Müsavat Dərvişoğlunu İYİ Pariyanın genel başkanı seçilməsi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir: “Sizi İYİ Partiyanın başqanı seçilməniz dolayısıyla təbrik edirəm. Qardaş Türkiyə Cumhuriyyətinin siyasi mühitində qısa müddət ərzində özünəməxsus mövqeyi olan İYİ partiya hər zaman milli mövqeyi və qətiyyəti ilə seçilib. Sizinlə illərə dayanan şəxsi tanışlığımız məndə əminlik yaradır ki, İYİ partiya Sizin rəhbərliyiniz dönəmində daha böyük uğurlara imza atacaq. Bir daha Sizi yeni görəviniz münasibətilə təbrik edir, işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram”.