Şəhid Seymur Sərxoşovun anım tədbiri keçirilib- FOTO

Mərasimə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı, şəhidin döyüş dostları, ictimai fəallar və qəsəbə sakinləri iştirak ediblər. Tədbir iştirakçıları Şəhidin böyüdüyü evdən dəfn olunduğu Qızıldaş Şəhidlər Xiyabanına yürüş ediblər. Şəhidin məzarı başında millət vəkili Sabir Rüstəmxanlı, şəhidin döyüş yoldaşları, onu tanıyanlar çıxış etmiş, Seymur Sərxoşova və şəhidlərə həsr edilmiş şerlər səsləndirilib.