Rus şovinizmi Putinin sayəsində epidemiyaya çevrilib

Bakupost.az xəbər verir ki, bunu VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.
O qeyd edib ki, AZAL-a məxsus təyyarənin Qroznı üzərində vurulmasına görə Rusiya tərəfi hələ də üzr istəməyib. Bu gərginlik bitməmiş Rusiyada azərbaycanlılara qarşı güc strukturlarının cinayət tərkibli hərəkətləri kimlərinsə artıq sərhədləri keçdiyini göstərir:
“Baş verən hadisələr bir daha təsdiləyir ki, Rusiya şovinizm siyasətindən əl çəkmir. Rusiyanın Ukraynaya qarşı başladığı müharibə, bu xalqa, dinc əhaliyə qarşı törətdiyi vəhşilik, qəddarlıq, dağıntı və günahsız insanların kütləvi qətliamı şovinizm siyasətinin növbəti mərhələsi idi. Daha bir qəddarlığı, vəhşiliyi Yekatrinburqda azərbaycanlılara qarşı törədərək, bu ölkədə hüququn və qanunun aliliyinin olmadığını göstərdi. Baş verənlər Rusiyada digər xalqlara kin və nifrətin yüksək təzahürüdür. Bu siyasət tezliklə Putin imperiyasını parçalayacaq və ilk növbədə rus xalqının özünə böyük təhlükədir. Raşizm başqa xalqlara diskriminasiyanı, istismarı rəva görür. Məşhur publisist və jurnalist Nevrozov yazır ki, patriotizm, şovinizm, imperializm rus xalqı üçün hər şey əvəz edən alkoqol kimidir. Bu ideologiya prezident Putinin səyləri ilə artıq zəhərləyici, yoluxucu mahiyyət alıb, epidemiyaya çevrilib. Bu epidemiya elə rus cəmiyyətini məhv edəcək. Necə ki, “qəhvəyi vəba” Almaniyaya və dünyaya faciələr yaşatdı, indi də raşizm bu yolu tutub. Buna ilk növbədə rus xalqı etiraz etməli, Putinin bu siyasətinə qarşı çıxmalıdır. Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın olunmasına, etnik zəmində terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə etiraz edir, bu cinayətə göstəriş verənləri lənətləyir“.
Lalə,
BakuPost
BakuPost