VHP: “Vətəndaşının səbəbindən asılı olmayaraq kimlərsə tərəfindən zorakılığa məruz qalması faktını qətiyyətlə pisləyirik”

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) siyasi fəal Bəxtiyar Hacıyevin oğurlanması və təhqir edilməsi ilə bağlı bəyanat verib.

Bəyanatda bildirilir:  “21 aprel tarixində, saat 23 radələrində siyasi fəal və bloger Bəxtiyar Hacıyevin M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində başına torba keçirilərək naməlum istiqamətə aparılması, təhqir edilməsi, daha sonra Ramana qəsəbəsi yaxınlığında kimsəsiz əraziyə atılması haqda məlumat təəssüf doğurur.

Azərbaycan hüquqi dövlətdir və Azərbaycanda vətəndaşların hüququ Konstitusiya ilə qorunur. Azərbaycan vətəndaşının səbəbindən asılı olmayaraq kimlərsə tərəfindən zorakılığa məruz qalması faktını qətiyyətlə pisləyirik.

İnsan hüquq və azadlıqlarını qorumalıyıq. Ölkə qanunlarla idarə olunur, heç kim qanundan üstün deyil və vətəndaşa qarşı qanunsuzluq edə bilməz. Bəxtiyar Hacıyevə qarşı bu çirkin əməli törədənlərin tapılaraq cəzalandırılmasını tələb edirik”.

 

Bütöv yazını göstər
Back to top button
Close