Ötən illər ərzində iqtisadiyyat böyüməyə davam edib, ancaq gəlirlər bərabər bölüşdürülməyib

Ölkənin indiki halı məhz Nazarbayevin “əl işidir”
 
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin 225 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarından xeyli sonra xalqa müraciəti birmənalı qarşılanmayıb. Nazarbayevin müraciətini analiz edən siyasilər sabiq rəhbərin gecikmiş açıqlamasını müxtəlif aspektlərdə şərh ediblər. Bir qisim politoloqlar Nazarbayevin əvvəlcədən proseslərin içində olduğunu, olayları kənardan yönləndirdiyini iddia ediblər. Digər qisim isə iddia edib ki, Nazarbayevin çıxışı montaj olunub, nitqi qayçılanıb. Həttə “elbaşı”nın məcburən danışdırıldığını söyləyənlər də çıxıb. 
Nazarbayevin çıxışı ilə bağlı söz-söhbəti dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Nazarbayev dövlət idarəçiliyindəki yeganə rəsmi postunu – Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini itirib. Onun sözlərinə görə, Nazarbayev indi sadəcə “Elbası”dır: “Kasım-Jomart Tokayev Şuraya özünü rəhbər təyin edib. Nazarbayev 2019-cu ildə ona prezidentliyini, 2021-ci ildə isə Qazaxıstan Xalqları Assambleyasının sədri və hakim “Nur Otan” Partiyasının rəhbəri vəzifələrini təhvil vermişdi.
Amma “Elbası” titulu məsuliyyət yaradır və ona görə də hazırda baş verənləri ölkədə hamı Nazarbayevlə, onun ailəsi və yaxın çevrəsiylə əlaqələndirir. Aksiya iştirakçıları “Qoca, get!” şüarını səsləndirdilər, heykəllərini aşırdılar. Çünki Qazaxıstanın indiki halı məhz Nazarbayevin “əl işidir”. Hazırda Qazaxıstan böyük ərazisi və ambisiyaları, az sayda əhalisi, region və dünya siyasətinə ondan da az təsiri olan xammal ölkəsidir. Nazarbayev uzun illər boyu xalqa çiçəklənmə vəd edirdi, amma əldə olunmuş uğurlar o qədər də çox deyil. Ötən illər ərzində iqtisadiyyat böyüməyə davam edib, ancaq gəlirlər bərabər bölüşdürülməyib.
 
Dəyişikliklərin qaçılmaz olduğunu ekspertlər hələ bir neçə il əvvəl vurğulayırdılar. Nazarbayev prezident kürsüsünü qəfildən Tokayevə güzəştə gedəndə bəziləri varisi “sosial kamikadze” adlandırmışdılar. İndi Nazarbayevin ara sakitləşəndən sonra ortaya çıxması eyni taktikanı gündəmə gətirir”. 
Bütöv yazını göstər
Back to top button
Close