Nəsimi Şərəfxanlı

Nəsimi Şərəfxanlı

VHP Mətbuat Xidmətinin rəhbəri


Telefon:

+994 77 333 90 09

E-mail:
nesimi_s76@mail.ru

Şərəfxanlı Nəsimi Çərkəz oğlu,  23 fevral 1976-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub.
1993-cü ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin 2000-ci ildə Bakalavr pilləsini, 2002-ci ildə isə  Magistuta pilləsin  bitirib.
2006-cı ildə  Azərbaycan Milli Elmlər Akademiyasının Dədə Qorqud adına Folklor İnistitunun Aspiranturasını bitirib.  İxtisasca filoloqdur.
2006-2007-ci ildə Silahlı Qüvvələr sıralarında həqiqi xidmətdə olub.  Rütbəcə Baş leytenantıdır.
Azərbaycan Xalq Cəbhəsinin (AXC), sonra isə Elçibəy dönəmində AXCP-nin  fəal üzvlərindən olub. 2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyasına üzvü olub.
2007-ci ildən partiya Ali Məclisinin və 2008-ci ildən isə Siyasi Şurasının üzvüdür.
“Savaş”, “Gündəm Xəbər” və “Yeni Cümhuriyyət” qəzetlərinin baş redaktoru, “Vətəndaş Həmrəyliyi” qəzeti baş redaktorunun müavini olub.
2017-2021-ci illərdə VHP Mətbuat Xidmətinin rəhbəri olub. İkinci Qarabağ Savaşının könüllü iştirakçısı olub. Vətən xidmətini zabit kimi yerinə yetirib. Cəbrayılın, Qubadlınln və Laçının azad olunmasında cəsarətlə döyüşüb. Vətən xidməti igidliyinə görə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
14 fevral 2021-ci ildə VHP Siyasi Şurasına üzv seçilib. VHP sədrinin sərəncamı ilə partiya sədrinin Mətbuatla İş və İctimai Əlaqələr üzrə müavini təyin edilib.
Ailəlidir, 2 oğlu var.

Back to top button
Close