Millət vəkili Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə növbəti qəbul keçirib – FOTO

Millət Vəkili, VHP sədri Sabir Rüstəmxanlı 12 aprel 2021-ci ildə Neftçala rayon sakinləri ilə növbəti qəbulunu keçirib . Deputat Qərəargahında 13-30-dan 17-00 kimi davam edən qəbul zamanı mövcud pandemiya qaydalarına tam əməl edilməklə qəbula gələn vətəndaşlar bir-bir qəbul edilib, dinlənilib. Qəbulda deputatla birgə deputat köməkçisi Fərman Hüseynov və Neftçala rayon İcra aparatının şöbə müdüri Vasif Əliyev də iştirak edirdi. Qəbulda Neftçala şəhərindən,o cümlədən əksər qəsəbə və kəndlərdən gələn şikayətçılər öz problemlərini yazılı və şifahi şəkildə bildiriblər. Bəzi məsələlər yerindəcə həll edilib, bəzi problemlərlə bağlı isə müvafiq strukurlara müraciət olunacağı deyilib.

 

Bütöv yazını göstər
Back to top button
Close