Faiq Balabəyli: “Ermənilərin Laçında törətdiklərinə dünya birliyi də biganə qalmamalıdır…”

Laçın şəhərini, eləcə də Laçının Zabux və Sus kəndlərini tərk edən ermənilərin törətdiyi vandalizm aktları həqiqətən də tükürpədicidir. Bunlar iddia deyil, həqiqətdir. Laçında erməni vandalizmini, bütün baş verənləri PUA-larımız lentə alıb.

Medianın yaydığı məlumata görə, Laçının, demək olar ki, bütün ərazisi boz dumanla örtülüb, yanıq iyi rayondan çox-çox uzaqlara yayılır. Buna səbəb təkcə ermənilər tərəfindən yandırılan yaşayış binaları və sosial infrastruktur deyil, həm də Laçın rayonunun 22 min hektarında yanan meşələrdir.
Yanan meşələrin tüstüsü uzaqdan seyr edilir, eləcə də orada qanunsuz məskunlaşan XXI əsrin erməni barbarlarının Laçın, Zabux və Susdan çıxarkən nə etdikləri görünür.

Qeyd edək ki, ermənilər Laçında ekosid törədir, evləri, meşələri yandırır, məzarlarını söküb aparırlar, kilsəyə zərər verirlər, silahlanırlar, bu azmış kimi ərazini minalayırlar ki, daha çox azərbaycanlı həlak olsun.

VHP Siyasi Şurasının üzvü Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, baş verənlər ermənilərin bir toplum kimi hansı xarakterə malik olduğunu göstərir. İşğal dövründə soydaşlarımızın evlərini ələ keçirən ermənilərin sonradan onların varidatına sahib olduğunu deyən F.Balabəylinin sözlərinə görə, indi də gedərkən özlərinə aid olmayan evləri yandırırlar. F.Balabəyli deyir ki, ermənilər meşələrə, evlərə və başqa sahələrə dağıdıcı, ziyanverici münasibət göstərməklə həm terrorçu olduqlarını, həm də bu yerlərin doğma sakinləri olmadıqlarını sübut edirlər. “Ermənilərdən yaxşı nəsə gözləmək xəyalpərəstlik olardı. Bu canlılar haqda xoş sözə çox az təsadüf olunur. Dünyaya gəlişləri fitnə-fəsad, paxıllıq, oğurluq, ləyaqətsiz davranışlarla müşahidə olunub. Onların bizimlə qonşu olmaları Tanrının bizə qəzəbi kimi də yozula bilər. 30 ilə yaxın bir müddətdə havadarlarının yardımı ilə torpaqlarımızı işğal altında saxlayan bu icma, nəhayət ki, xalqımızın yurd sevgisinin, düşmənə nifrətinin sonucunu gördü. Məğlub oldular, yaşamalarına izn verildi, ordumuz hücumu saxladı, razılaşmaya əsasən verilən şansdan istifadə etmək əvəzinə düşmənçiliyi əldən qoymadılar, pis xislətlərini bütün dünyaya sərgilədilər və sərgiləməkdədirlər. Onlar təkcə insanlığa deyil, bəşəriyyətin özünə, təbiətə vəhşi münasibətlərini nümayiş etdirirlər. Meşələrin yandırılmasına, evlərin viran qoyulmasına, alova bürümələrinə təkcə bir ad vermək olar – ermənilik. Bu gün ermənilik vəhişi, vandal, oğru, qatil, terrorçu sözləri ilə assosiasiya olunur. Bu söz təkcə bizim yox, onları yaxından tanıyan bütün millətlərin dilində söyüş kimi ifadə olunur. Kəlbəcəri tərk edəndə də eyni hərəkətləri etmişdilər. Dünyanın qınağına tuş gəldilər, dərs götürmədilər, iyrənc xislət və əxlaqları imkan vermədi. İndi də elə. Laçının kəndlərini boşaldırlar, amma bu kəndləri yandırıb, talan edirlər. Çünkü bilirlər ki, bu torpaqlar, bu evlər, bu meşələr onların deyil. Fitnə və namərdlik toxumu cücərdən kilsələrə ziyan vururlar, demək onların imanları da yoxdur. Ən dəhşətlisi isə, bir müddətdən sonra bu vahşiliyin, guya ki, bizim tərəfimizdən törədilməsi haqda nağıllar uyduracaqlar”.

F.Balabəylinin sözlərinə görə, torpaqların, yol və tikililərin kənarlarını minalamaq da onların insanlığa nifrətindən doğur. “Ermənilərin bu talançılığının, anti-insani münasibətlərinin kökündə onların insanlığa nifrəti dayanır. Düşünürəm ki, ordumuz bir daha qəzəbini onlara göstərməlidir. Hər hansı bir ev, yaxud meşə zolağı yandırılırsa, dərhal antiterror əməliyyatı ilə onları məhv etmək gərəkir. Rusların sülhməramlı adı altında erməniyə dəstək olan ordusundan təzminat tələb etmək də yerinə düşərdi. Hesab edirəm ki, ermənilərin Laçında törətdiklərinə dünya birliyi də biganə qalmamalıdır, beynəlxalq təşkilatlar onlara həddlərini göstərməlidir”.

F.Balabəyli xatırlatdı ki, bir müddət əvvəl ermənilərin “liderləri” ermənilərə Laçını tərk edərkən yanğın törətməmək, evləri dağıtmamaq barədə təlimat verildiyini desə də, tam əksi baş verdi, ermənilər öz xislətlərinə uyğun davrandılar.

İradə SARIYEVA

Bütöv yazını göstər
Back to top button
Close