Fəzail İbrahimli: “Azərbaycan ordusunun əks-hücum əməliyyatları beynəlxalq hüquq normlarına uyğun həyata keçirlir”

“Sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycana qarşı törətdiyi təxribat ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətini davamıdır. Ermənistanın Azərbaycan qarşı işğalçılıq siyasətinin uzunmüdətli bir tarixi var. İlin 12 aylıq təqviminə nəzər salsaq görərik ki, ilin 11 ayında faciəvi tarixi günlərimiz var. Bütün bu faciəli tariximizin səbəkarı və arxasında dayanan faşist siyasətini yürüdən Ermənistandır”.

Bi fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Sədr müavini Fəzail İbrahimli deyib.

Milli Məclisin Sədr müavini bildirib ki, ermənilər Azərbaycana qarşı  soyqırım, təcavüzkar siyasətini havadarlarına arxalanaraq həyata keçirir. “Havadarlarına arxalanmasının nəticəsidir ki, bu gün Ermənistan  özünü ərköyün uşaq kimi aparır. Ermənistan  beynəlxalq aləmin və təşkilatların onun yürütdüyü işğalçılıq siyasəti ilə bağlı səsləndirdiyi fikir və qəbul etydiyi qərarlara əhəmiyyət verimir.  İşğalçılıq siyasətini davam etdirir. Hətta dünyanın ən mötbər təşkilatı olan BMT özü belə Ermənistanın işğal etdiyi  Azərbaycan torpaqlarından çıxması ilə bağlı qərarlaırna laqeyd yanaşır. Azərbaycan isə 30 ilə yaxındır  Ermənistanın işğalçılıq siyasətinə, həmçinin beynəlxalq aləmin bu işğalçılıq siyasətinə biganə, laqeyd münasibət bəsləməsinə səbrlə dözür. Azərbaycan bu ötən müddətdə beynəlxalq hüquqa hörmətini ifadə edərək problemin  beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə ümid edib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son verilməsi üçün  yaradılan  ATƏT-in Minsk qrupu 25 ildən artıq müddətdə  heç bir müsbət nəticəyə nail olmayıb. Münaqişənin danışıqlar yolu ilə  həllində müsbət nəticənin olmamasının birinci səbəbkarı işğalçı Ermənistandırsa, ikinci səbəbkarı Minsk qrupu həmsədr ölkələridir. Çünki həmsədr ölkələr Ermənistanın təcavüzkar siyasətinə dur deməsi üçün hər hansı ciddi addım atmayıb. Nəticədə işğalçı Ermənistan öz təcavüzkar siyasətini daha da möhkəmləndirməyə və yeni ərazilər işğal etməyə  cəhd edib. Azərbaycanın da səbri sonsuz deyildi. Cənab  Prezident də dəfələrlə  bəyan edib ki, Ermənistan öz işğalçılıq siyasətinə son verməzsə bunun layiqli cavabını alacaq və  Azərbaycan xalıqnın səbri sonsuz deyil, bunun bir həddi var. Ona görə də beynəlxalq aləm beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq  danışıqlar  yolu ilə münaqişənin həllinə nail olsun. Çox təəssüflər olsun ki, həm beynəlxalq aləm, həm də münaqişənin  həllində birbaşa vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ həmsədr ölkələri məsələyə laqeyd, seyrçi mövqe sərgilədi.

Azərbaycan Prezidenti BMT 75-ci sessiyasındakı çıxışlarında  həm BMT-ni, həm də beynəlxalq aləmi   Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini gündəmə gətirərək, dünya birliyini bu təcavüzkar siyasətə son verilməsi istiqamətində ciddi addımların atılmasına səslədi. Cənab Prezident açıq tekstlə bəyan etdi ki, Ermənistan Azərbaycanla sərhəddə canlı qüvvə və texnika yığmaqla müharibəyə hazırlaşır. Lakin beynəlxalq aləm yenə də susqun mövqe sərgilədi. Digər tərəfdən Prezident  BMT tribunasından Ermənistana  səsləndi ki,  yerinizi və həddinizi bilin.  Avanturist addımlardan çəkinin. Çox təəssüf ki, bütün bunların heç birinin nəticəsi olmadı”- Fəzail İbrahimli qeyd edib.

Millət vəkili əlavə edib ki, Azərbaycan ordusu Ermənistanın istənilən təxribatının qarşısını almaq gücünə qadirdir və bunu dəfələrlə sübut edib: “ Azərbaycan ordusu istər 2016-cı il Aprel döyüşlərində, istərsə də   2018-ci ilin mayında Naxçıvanda Güngüt əməliyyatında, istərsə də iyulun 12-də Tovuz istiqamətində təxribatları zamanı bunu sübut edib. Erməni ordusunun dərsini verib. Görünür erməni ordusu bu dərslərdən nəticə çıxarmayıb.  Odur ki, Azərbaycan ordusu  ermənilərin sentyarbın 27-də törətdiyi təxribata da layiqli cavab verib, onların bütün atəş nöqtlərini qısa zamanda susdura bildi. Azərbaycan ordusu işini bununla bitirmədi. Azərbaycan ordusu  mənfur düşmənin bu təxribatlarına layiqli dərs vermək üçün  əks-hücum əməliyyatına başladı və bu əməliyyat uğurla davam etməkdədir. Düşmənin burnu ovulmaqdadır. Ordumuz istər erməni ordusunun Azərbaycanın mülki insanlarına qarşı vandal hərkətlərinin, istərsə də döyüşlərdə şəhid olan hərbçilərimizin qanının yerdə qoymadı. Uğurlu əməliyyatlar davam etməkdədir. Baş verən hadisəyə görə məsuliyyət isə Ermənistanın üzərinə düşür. Çünki ilk təxribatı başlayan odur. Azərbaycan ordusu da cavabını verir”.

Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı  haqqında  danışan vitse-spiker  bildirib ki, bu əməliyyat Azərbaycan ordusunun necə peşəkar ordu və müasir silahlarla təchiz olunduğu göstərdi: “Dünya birliyi bir daha Azərbaycan ordusunun qüdrətinin şahidi oldu. İkincisi, Azərbaycan ordusu haqq və ədalət uğrunda savaşır və başqa ölkənin torpaqlarını işğal etmir.  Həyata keçirilən əməliyyatların hədəfi işğalçılıq yox, işğal altında olan torpaqlarını işğaldan azad etməkdir. Bir daha qeyd edirəm ki, cənab Prezident baş verəcək  təxribat və bunun acı nəticələri barədə həm Ermənistanı, həm də dünya birliyini xəbərdar etmişdi. Ona görə də törədilən  təxribata və buna   cavab verilməsinə görə, məsuliyyət birbaşa təcavüzkar Ermənistanın üzərinə düşür. Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar  beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən  konvensiyaların tələbinə  uyğun həyata keçirlir”.

Vitse-spiker onu da əlavə edib ki, Azərbaycan ordusunun əks-hücum əmliyyatında xalqla hakimiyyət, ordu  bir və həmrəydir, buruda ikinci söhbət ola bilməz: “Xalq hakimiyyət həmrəyliyi və birliyınin nəticəsidir ki, ordu  da öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirməkdədir. Ordumuzun bu əməliyyatı xalıqmızın 30 ildə səbrsizlikə gözlədiyi an idi və bu da baş verməkdədir. Hamılıqla Vətənın işğal altında olan torpaqlarının işğaldan azad olunması  uğrunda  başlanan   əməliyyatların  uğurla başa çatacağına ümid edirik”.

Mürtəza
Ölkə.Az

Bütöv yazını göstər
Back to top button
Close