Elxan Mirzəyev -76

Elxan bəy VHP-nin veteran üzvlərindəndir. Onun keçdiyi həyat yolu gənc nəslin hər bir üzvü üçün örnək ola bilər. Dünynın bir çox nüfuzlu elm mərkəzlərində olan Elxan bəy hər zaman vətəndaş mövqeyində dayanmış, Azərbaycan maraqlarının keşiyində durmuşdur. 1990-cı ildə Sankt-Peterburq və Moskva Dövlət universitetlərində elmi təcrübə keçirərkən təzyiqlərə baxmayaraq, 20 yanvar hadisələri ilə bağlı şəhidlərimizin faciəli ölüm səhnələrinin fotolarının sərgisini təşkil etməsi, 1996-cl ildə Amerika Birləşmiş Ştatlarının İREX kampaniyasının elm və təhsil ilə bağlı keçirdiyi müsabiqənin qalibi kimi Vermond ştatında dörd aylıq elmi-pedaqoji təcrübədə olarkən Vermond Universiteti və Sent Mayklz Kollecində Xocalı faciəsinin fotolarınının nümayişini keçirməsi bunun təsdiqidir. Elxan bəyin həyat yolunda maraqlı hadisələrdən biri də 1996-cı il ABŞ-ın prezident seşkilərində qalib gələn Bill Klintonu ilk azərbaycanlı kimi Azərbaycan xalqı adından təbrik etməsi və Prezidentin şəxsi imzası ilə cavab olaraq təşəkkür məktubu almasıdır.
Elxan bəyi VHP ailəsi adından səmimi qəlbdən təbrik edir, ona uzun ömür can sağlığı arzulayırıq.